Icma.az
close
up
RU
DİM in bu dəyişikliyi qəbul prosesini daha çətin edəcək Ekspert DANIŞDI

DİM in bu dəyişikliyi qəbul prosesini daha çətin edəcək Ekspert DANIŞDI

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Növbəti ildən magistraturaya qəbul səviyyəsində xarici dil imtahanında danışıq bacarıqları da yoxlanacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rasim Həsənzadə bildirdi ki, bu dəyişikliyi sistemli şəkildə dəyərləndirdikdə məsələyə yalnız magistraturaya giriş “çətinləşəcək və ya çətinləşməyəcək” prizmasından baxmaq kifayət etmir:

"Burada əsas məsələ imtahanın funksional mahiyyətinin dəyişməsidir. Əvvəla, xarici dil imtahanında danışıq bacarığının əlavə olunması qiymətləndirmə modelini daha “kompetensiya əsaslı” edir. İndiyə qədər mövcud format daha çox reseptiv (oxuma, dinləmə) və qismən məhsuldar yazı bacarığını ölçürdüsə, yeni yanaşma dilin real istifadəsini, yəni spontan kommunikasiya qabiliyyətini də daxil edir. Bu isə dil biliyinin daha uyğun ölçülməsi deməkdir".

Müsahibimiz əlavə etdi ki, bu dəyişiklik qısa müddətdə qəbul prosesini obyektiv olaraq daha çətin edəcək. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:

"Birincisi, danışıq bacarığı ən çox praktika tələb edən komponentdir. Namizədlər təkcə qrammatika və söz ehtiyatı ilə deyil, həm də sürətli düşünmə, cavab formalaşdırma və stress altında ünsiyyət qurma bacarıqları ilə qiymətləndiriləcəklər. Bu isə hazırlıq prosesinə daha da kompleks şəkildə hazırlaşmağı tələb edir.

İkincisi, ölkədə dil tədrisinin uzun illər ərzində daha çox yazılı və test yönümlü olması səbəbilə, danışıq bacarığı nisbətən zəif inkişaf etmiş bir sahədir. Buna görə də keçid dövründə bir çox namizəd üçün əlavə adaptasiya ehtiyacı yaranacaq.
Lakin məsələnin strateji tərəfi daha önəmlidir. Bu dəyişiklik magistratura səviyyəsində təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək. Çünki magistratura artıq təkcə nəzəri bilik deyil, həm də akademik mühitdə fəal iştirak tələb edir".

Ekspertin fikrincə, xarici ədəbiyyatla işləmək, beynəlxalq konfranslarda çıxış etmək, akademik müzakirələr aparmaq üçün danışıq bacarığı fundamental şərtdir.

"Digər mühüm məqam ondan ibarətdir ki, bu model tələbələri dili “imtahan üçün öyrənmək”dən “ünsiyyət üçün istifadə etmək” mərhələsinə keçirir ki, bu da uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətini artırır. Eyni zamanda bu dəyişiklik magistraturaya hazırlıq bazarına da təsirsiz ötüşməyəcək, kurslar proqramlarını daha çox danışıq əsaslı metodlara dəyişdirməyə məcbur olacaq, bu isə ümumi tədris keyfiyyətini yüksəldə bilər. Nəticə etibarilə, bu tələb qısamüddətli dövrdə magistraturaya girişi daha çətin və rəqabətli edə bilər, lakin uzunmüddətli hədəflər baxımdan daha ədalətli, real bacarıqlara əsaslanan və beynəlxalq standartlara uyğun bir seçim mexanizmi formalaşdırır", - deyə Rasim Həsənzadə bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Aprel 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri