DİM in imtahan sistemində növbəti XAOS
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
"Elektron ərizə qəbulu həyata keçirən DİM, abituriyentlərə sadə seçim prosesini təqdim etdiyini iddia edir. Amma nəticə? 16-17 yaşlı gənclər bölmə və xarici dil seçərkən səhv etdikdə, düzəliş etmək istəyirlər, amma sistem işləmədiyi üçün bunu edə bilmirlər".
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, ərizəni ləğv edib yenidən müraciət etmək istəyən abituriyentlər SMS gözləyir, amma sistem mesaj göndərmir:
"Saatlardır gərginlik keçirən onlarla gənc ağlayaraq kömək istəyir. Sual yaranır ki, sistemi istifadəyə verməzdən əvvəl test etmək lazım deyilmi? Əsas məqsəd 45-50 manat rüsum toplamaqdır, yoxsa keyfiyyətli xidmət göstərmək?
Bu yaşda gənclərin psixoloji gərginliyini heç düşünən varmı? Təhsil sistemində illərdir davam edən bu laqeydlik nə vaxta qədər davam edəcək?
Abituriyentlərin haqlı narahatlığı qulaqardına vurulmamalıdır. DİM keyfiyyətsiz sistemləri ilə insanların gələcəyini riskə atmaq əvəzinə, öz işinə ciddi yanaşmalıdır".
Nigar
"Cebheinfo.az"
Baxış sayı:91
Bu xəbər 22 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















