Icma.az
close
up
RU
DİM pulsuz xidmət təklif edir: “Kodlaşdırma biznesi” sıradan çıxır?

DİM pulsuz xidmət təklif edir: “Kodlaşdırma biznesi” sıradan çıxır?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar ölkədə “repetitorluq biznesi” ilə yanaşı “kodlaşdırma biznesi” də geniş yayılıb. 

Hər il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər müəyyən bal topladıqdan sonra kodlaşdırma ilə məşğul olan şəxslərə, əsasən müəllimlərə müraciət edirlər.

Həmin şəxs də müəyyən ödəniş müqabilində kodlaşdırma aparır. Əgər bir-iki il əvvəl 20 manat müqabilində kodlaşdırma aparılırdısa, hazırda bu ən azı 100-150 manatdan başlayır. Nəticədə “kodlaşdırma biznesi” getdikcə genişlənir. 

Bu “biznesin” qarşısını almaq üçün müvafiq qurumlar müəyyən addımlar atmalıdır ki, həm abituriyentlər kodlaşdırıcı axtarışında olmasın, həm də maddi çətinliklə üzləşməsin. 

Dövlət İmtahan Mərkəzi bu istiqamətdə hansı tədbirlər həyata keçirir?

Məsələ ilə bağlı  Dövlət İmtahan Mərkəzindən “Cebheinfo.az” bildirilib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir: 

“Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda, əgər hər hansı kodu səhv yazmısınızsa, bu barədə xəbərdarlıq edilir və ərizə təsdiq olunmur. 

Hər kəs ixtisas seçimini özü rahat şəkildə edə bilər. Hər il DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər nəşr edilir. 

Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapır. 

“Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri dərc olunur.

Abituriyentlərin hər hansı bir çətinlikləri olduqda isə Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ə müraciət edə bilərlər. 

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Bu mərkəzlər il boyu fəaliyyət göstərirlər. İxtisas seçimi günlərində isə yenə də ödənişsiz formada 50-dən çox bölgədə rayon təhsil sektorlarında DİM-in Səyyar Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərirlər”. 

Həmçinin qeyd edilir ki, abituriyentlərin bu prosesi kommersiya məqsədilə fəaliyyət göstərən tanımadıqları şəxslərə etibar etməsi yolverilməzdir və arzuolunmaz nəticələrə səbəb ola bilər: 

“Burada istifadəçilərin müəyyən fərdi məlumatları (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) da toplanılır. Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. 

Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin “Şəxsi kabinet”ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. 

Ona görə də abituriyentlər öz şəxsi məlumatlarını kənar şəxslərə təqdim etməməlidirlər. Bir daha abituriyentləri və onların valideynlərini diqqətli olmağı, yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına, çağırış və tövsiyələrinə əməl etməyi tövsiyə edirik”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri