DİN bu şəxslərə qarşı əməliyyat keçirdi HƏBS EDİLƏNLƏR VAR
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən olunub və o, Sabunçu rayonu ərazisində saxlanılıb. Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş 18 kiloqram 500 qram marixuana aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş 7 kiloqram 500 qram marixuana və 1 kiloqram 150 qram metamfetamin aşkarlanıb.
Sonuncu əməliyyat zamanı 27 kilqoramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















