Icma.az
close
up
RU
Din gənclərə “keçmişin qəlibləri”ndən deyil, “gələcəyin dəyərləri”ndən təqdim edilməlidir RƏY

Din gənclərə “keçmişin qəlibləri”ndən deyil, “gələcəyin dəyərləri”ndən təqdim edilməlidir RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ənənəvi dinlərin gənc nəsil üçün yetərincə inandırıcı və cazibədar olmaması  bütün dünyada müşahidə olunan tendensiyadır. Burada əsas məsələ dinin özü yox, onun təqdimat forması və interpretasiyasıdır.


Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Vasif Əfəndiyev deyib. 


V. Əfəndiyevin fikrincə ənənəvi dinlərin müasir dövrlə ayaqlaşmaması texnologiya və müasir dövrün tələbləridir: 

“Gənclər informasiya bolluğu içindədir, onlar üçün hər şey daha vizual, interaktiv və praktikdir. Ənənəvi dini izahlar isə çox vaxt abstrakt və orta əsrlərin təfəkkürünə əsaslanır. Qədim dini mətnlərdə verilən  cənnət bağları, axan çaylar, hurilər və s.  indiki gənclər üçün çox sadə və köhnəlmiş görünür. Bu gün də din xadimləri ənənvi təbliğat forması üzərindən təbliğat aparırlar.Müasir gənclik  “inandırıcı cavab” istəyir. Əgər ona "cənnətdə internet olacaqmı?" sualına cavab verilməzsə, o bunu “boş və formal vəd” kimi qəbul edəcəkdir.İndiki gənclik “ikinci həyatlarını “  (mənasız “meşə həyatı)- cənnət bağları,altından şərab  axan çaylar,sinələri yenicə tutmurcuqlanmış  hurilərlə eyş -işrətdə keçirmək   kimi təsvir edə bilmirlər. Gənclər əbədi həyatda səyahətlər, böyük şəhərlər, maraqlı layihələr,əyləncələrlə davam etməsini istəyirlər. Nəhayət nəticə olaraq onlar cismani sevgi olmayan məkanı qəbul edə bilməzlər.

       Ağır şərtlərlə həyat və yaşamaq mücadiləsi edən insanların düş məyussluğuna uğramamağı üçün ona bir ümid verən daimi həyat arzuları ilə yaşamasının  mənəvi,siyasi əhəmiyyəti vardır.Ömrünün müəyyən çağına yetişmiş insan keçmişə və gələcəyə baxdıqda heç bir  əhəmiyyətli uğura imza atmadığını gördükdə depressiyaya düşməmək üçün dinin daimi həyat və cənnətdə dünya əzabının kompensasiya edilməsi vədi həyat stimulu ola bilər.Bundan ötrü dini reformaya ehtiyac vardır.. Amma bu reformanı mətnlərin dəyişdirilməsi kimi yox, təfsirin modernləşdirilməsi kimi aparmaq lazımdır.Mənəvi dəyərlərin universallaşdırılmasında əsas mesaj sevgi, ədalət, mərhəmət, həmrəylik olmalıdır. Bunlar dövr dəyişsə də, insan üçün daim aktualdır.Cənnət və cəhənnəm fiziki məkan yox, insanın daxili vəziyyəti, mənəvi kamilliyin simvolu kimi izah olunmalıdır.   Dini ideyalar kitabdan deyil, sosial şəbəkələr, filmlər, oyunlar, virtual reallıq vasitəsilə çatdırıla bilər. Din yalnız məscid, kilsə və ya sinaqoqa getmək deyil, gündəlik həyatda etik qərarların mənbəyi kimi təqdim olunmalıdır.Elm və din harmoniya təşkil etmədiyi üçün biri digərindən uzaq tutulmalıdır.Din tamamilə siyasətə yaxın buraxılmamalıdır.Siyasətə yol açan din gec və ya tez dövləti əlinə alacaqdır.Bunun nümunəsini isə ərəb ölkələrində ,İran və Əfqanıstanda görmüşük.

Bir  sözlə, din  gənclərə  “keçmişin qəlibləri”ndən deyil, “gələcəyin dəyərləri” prizmasından yanaşılaraq   təqdim edilməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri