Icma.az
close
up
RU
Dina Ulyanova: “İstərdim ki, bizimlə fəxr etsinlər” MÜSAHİBƏ

Dina Ulyanova: “İstərdim ki, bizimlə fəxr etsinlər” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin basketbolçusu Dina Ulyanovanın İdman.bizə müsahibəsi

- Bu gün basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi start götürür. İlk dəfə ölkəmizdə baş tutacaq seçmə oyunlarına hazırlıq neçə keçdi? Komandamız belə məsul turnirə nə dərəcədə hazırdır?

- Hazırlıq dövrünün yarısını Bakıda keçirdik. Basketbol və trenajor zallarında intensiv məşqlər etdik, əlavə fərdi hazırlıq da gerçəkləşdirdik. Sonra matçların keçirildiyi “Sea Breeze”ə gəldik ki, uyğunlaşacaq və 3x3 meydançasında məşq edə. Hazırda komandamız əla formadadır və yaxşı nəticələr göstərməyə hazırdır.

- Millimiz B qrupunda Misir və Latviya ilə qarşılaşacaq. Rəqibləri necə qiymətləndirirsiz?

- Rəqibi qiymətləndirməmək olmaz. Turnirə sifariş olunan bütün komandalar layiqli mübarizə aparmalıdırlar. Əminəm ki, maraqlı oyunlar olacaq.

- Millimiz bu vacib turnirə evdə keçirəcək. Sizcə, doğma azarkeşlərin dəstəyi üstünlükdür, yoxsa əlavə məsuliyyət?

- Şəxsən mənim üçün əlbəttə ki, əlavə məsuliyyətdir. Amma eyni zamanda bizim dəyərli azarkeşlərin dəstəyidir. Gözəl oyun göstərmək istərdim ki, bizimlə fəxr etsinlər.

- Ötən il Paris-2024 Yay Olimpiya Oyunlarına qatılan və azarkeşlərin yaxşı tanıdığı heyətdə dəyişikliklər olub. Millinin yeni oyunçuları Brianna Frezer və Arika Karterin gəlişini necə dəyərləndirirsiz? İndiki heyət əvvəlkindən nə ilə fərqlənir?

- Bu heyətlə iki il əvvəl “Neftçi”nin heyətində müvəffəqiyyətlə çıxış etmişik. Yenidən bir araya gəlməyimizə çox sevindik. Qızlar yüksək səviyyəli komandalarda gözəl mövsümlər keçiriblər, daha təcrübəli oyunçular olublar. Bu da bizim üçün çox vacibdir. Ən əsası isə hamı vəsiqə uğrunda mübarizəyə köklənib.

- Millimizin hədəfinin Dünya kubokuna vəsiqə qazanmaq olduğu bəllidir. Bəs əsas rəqiblər kimi hansı komandaları görürsüz? Məqsədə çatmaq üçün yığmamıza nə lazımdır?

- Düşünürəm ki, əsas rəqib elə biz özümüzük. Motivasiya, düzgün köklənmək, bir-birimizə dəstək və azarkeşlərin dəstəyi önəmlidir. Ən vacibi öz emosiyalarımızın öhdəsindən gəlmək və hədəfə doğru təmkinlə irəliləməkdir.

- Seçmə mərhələdən dərhal sonra Qadın seriyasının Bakı mərhələsi baş tutacaq. Ardıcıl dörd gün oynamaq çətin olmayacaq? Bu turnir üçün məqsəd və planlar nədən ibarətdir?

- Ola bilsin ki, ardıcıl iki turnir fiziki baxımdan ağır olsun. Amma bizim üçün mövsüm indi başlayır. Buna görə də gücümüz və enerjimiz tamdır. Çalışacağıq ki, tam gücümüzü qoyaq və oyunlar arası fasilədə yaxşı istirahət edək. Biz hər turnirdə qələbə iddiasında, qalib gəlmək istəyindəyik. Bu yarış da istisna deyil.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 May 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri