Icma.az
close
up
RU
“Dinamo” darmadağın etdi, uduzmayan iki komanda qaldı

“Dinamo” darmadağın etdi, uduzmayan iki komanda qaldı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna çempionatında uduzmayan iki komanda qaldı – “Dinamo” və “Aleksandriya”. Məhz onlar turnir cədvəlinə başçılıq edir. Yalnız topların daha yaxşı fərqi kiyevlilərin zirvədə qalmasına səbəb olub.

“Dinamo”nun aşkar autsayder “İnqulets”i məğlub edəcəcəyinə heç kimin şübhəsi yox idi. Artıq 3-cü dəqiqədə hesabı açan kiyevlilər hissənin sonuna qədər daha üç qol vurdu. Qonaqlar isə bunlardan birinin əvəzini çıxdı. İkinci hissədə də hücumları davam etdirən “Dinamo” bir neçə oyuna bəs edəcək qədər qol vəziyyəti yaratdı. Ancaq Şaparenkodan başqa fərqlənən olmadı. 5:2 hesabıyla qələbə qazanan “Dinamo”nu həftəiçi Avropa Liqasında “Ferentsvaroş”la çətin oyun gözləyir.
“Çernomorets”ə qalib gələn “Şaxtyor” 3-cü pilləyə yüksəldi. Bu oyunda bütün qollar 1-ci hissədə vuruldu. Hesabı 17-ci dəqiqədə açan donetsklilər cəmi 3 dəqiqə sonra qapısında qol gördü. Bununla belə, ilk yarının sonunda Bondarenko künc zərbəsinin ardından tirdən dönən topu təkrar zərbə ilə qapıdan keçirdi. 2-ci hissədə təhlükəli vəziyyətlər olmadı. “Şaxtyor”un futbolçuları bu oyunda bir-birinə 691 ötürmə verdi ki, bu da cari mövsüm üçün klub rekordudu.
Hesabat turundan əvvəl üç komandanın məğlubiyyəti yox idi. Onlardan ikisi – “Aleksandriya” ilə “Polesye” üz-üzə gəldi. İlk 20 dəqiqədə yorulmadan hücum quran rəqiblər ardından səssizliyə qərq oldu. Onlar hücumla müqayisədə müdafiəyə daha çox diqqət yetirməyə başladı. Sonradan meydana çıxan Vendell topa elə ilk toxunuşunda “Aleksandriya”nın qapısına yol tapa bilərdi. Ancaq qapıçı ona mane oldu. Meydan sahibləri 83-cü dəqiqədə hesabı açdı. Braziliyalı Bezerranın zərbə mövqeyinə çıxardığı Smırnı şansı qaçırmadı. Məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırmaqla klub rekordunu təkrarlayan “Aleksandriya” hələ də zirvəyə şərikdi. Belə seriyası 10 oyunda dayanan “Polesye” isə artıq 4-cü pillədədi. Yeri gəlmişkən, soydaşımız Emil Mustafayev 67-ci dəqiqədə meydana çıxsa da, jitomirlilərə yardım edə bilmədi.
“Karpatı”ya “Levıy bereq”in müdafiəsini yarmaq və çempionatda ardıcıl 3-cü qələbəsini qazanmaq üçün 70 dəqiqədə artıq vaxt lazım oldu. Bu 3 xal lvovluları turnir cədvəlində 5-ci pilləyə qaldırdı. Elitanın debütantı “Levıy bereq”in qələbəsiz və qolsuz oyunlar seriyası isə 7-yə çatdı. Daha bir oyunda “Vorskla” evdə “Kolos”a uduzdu. “Kolos” son 5 turda ilk qələbəsini qazandısa, “Vorksla” ardıcıl 9-cu oyunda qələbəyə həsrət qaldı.
Turun qalan oyunlarına gəlincə, “Obolon” – “Veres”, “Krivbass” – “Rux” oyunları heç-heçə bitdi, LNZ səfərdə “Zarya”ya qalib gəldi.
12-ci tur
Dinamo – İnqulets 5:2

Vanat, 3; 44. Kabayev, 25. Malış, 39-öz qapısına. Şaparenko, 73 – Kislenko, 34. Mixavko, 57-öz qapısına.
Dinamo: Buşan, Belovar, Dubinçak, Karavayev (Rubçinski, 72), Mixavko, Tımçik, Brajko, Buyalski (Yarmolenko, 72), Vanat (Gerrero, 85), Kabayev (Voloşin, 81), Şaparenko (Mixaylenko, 81).
Şaxtyor – Çernomorets 2:1
Zubkov, 17. Bondarenko, 45 – Qabelok, 20.
Şaxtyor: Riznık, Qram, Konoplya, Matviyenko, Pedro Enrike, Bondarenko (Eginaldo, 68), Sudakov, Qomes (Stepanenko, 56), Neverton, Zubkov, Sikan (Pedrinyo, 68).
Aleksandriya – Polesye 1:0
Smirnı, 83.
Karpatı – Levıy bereq 3:0
Podlepenets, 71. Oçeretko, 75-p. Çaçua, 90+1.
Vorskla – Kolos 0:1
Salabay, 69.
Obolon – Veres 0:0
Krivbass – Rux 1:1
Zaderaka, 47 – Karabin, 36.
Zarya – LNZ 1:2
Miçin, 23 – Topalov, 60. Bessala, 80.
1. Dinamo 11 9 2 0 27-8 29
2. Aleksandriya 11 9 2 0 18-7 29
3. Şaxtyor 11 7 2 2 28-11 23
4. Polesye 11 6 4 1 19-8 22
5. Karpatı 12 5 3 4 15-14 18
6. Krivbass 11 5 3 3 12-10 18
7. LNZ 12 5 3 4 15-17 18
8. Rux 11 3 6 2 16-7 15
9. Zarya 12 5 0 7 12-14 15
10. Veres 12 2 6 4 12-16 12
11. Çernomorets 12 3 3 6 8-13 12
12. Kolos 12 2 6 4 7-9 12
13. Vorskla 12 2 4 6 11-18 10
14. Levıy bereq 12 2 2 8 4-17 8
15. Obolon 12 1 3 8 5-26 6
16. İnqulets 12 0 5 7 9-23 5
Bombardirlər: Nazarenko (Polesye), Sudakov (Şaxtyor) – 7.
Növbəti turun oyunları noyabrın 8-10-u aralığında keçiriləcək: Çernomorets – Vorskla, Levıy bereq – İnqulets, LNZ – Obolon, Aleksandriya – Karpatı, Kolos – Krivbass, Veres – Rux, Şaxtyor – Zarya, Dinamo – Polesye.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Noyabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri