Icma.az
close
up
RU
“Dini geyim yoxdur, hər xalq milli qiyafədə geyinə bilər” İLAHİYYATÇI

“Dini geyim yoxdur, hər xalq milli qiyafədə geyinə bilər” İLAHİYYATÇI

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Hər xalqın özünə məxsus milli geyim formaları və adət-ənənələri mövcuddur.

Tarixdə müxtəlif millətlər, o cümlədən peyğəmbərlərin dövründə insanlar da yaşadıqları ərazinin və milli ənənələrinin tələbinə uyğun geyiniblər. Bu baxımdan, geyim tərzi daha çox mədəniyyət və ənənə ilə bağlıdır.

Lakin bəzi təbəqələr düşünür ki, daim xüsusi dini geyimlər geyinmək zəruridir və bunu dinin tələbi kimi izah edirlər.

Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan mövzunu belə şərh edib:

“Peyğəmbər dövründə ərəb milləti öz milli adət-ənənələrinə uyğun olaraq öz geyimini geyinib. Həmçinin, türk millətinin də özünə məxsus geyim formaları və adət-ənənələri olub, digər millətlərdə olduğu kimi. Ərəbin milli geyimini Peyğəmbər də, indiki dövrdə yaşasaydı, eyni formada geyinərdi.

Amma bu o demək deyil ki, indi biz də ona bənzər geyimlər geyinməliyik. Burada məntiqi yanaşma tələb olunur”.

İlahiyyatçı hesab edir ki, bu kimi fikirlər uydurulmuş xurafatdan ibarətdir:

“Həqiqi din nə deyir? Həzrət Peyğəmbər, özündən əvvəl gələn İbrahim peyğəmbərin, yaxud İdrisin, Adəmin paltarlarını geyinirdi? Xeyr. Deməli, məsələ ondan ibarətdir ki, uydurulmuş dinlərin gətirdiyi bəzi xurafatlar ortaya çıxır. Məsələn, çuxa, əba geyinmək, saqqal uzatmaq o dövrün adətləridir. Döyüşlərdə, səfərlərdə, at və dəvə belində belə geyimlər, saqqal uzatmaq təbii hal idi. Lakin indi bunlar dinin adı altında xurafat kimi təqdim olunur.

Peyğəmbər də buyurub ki, öz dövrünüzün adət-ənənələrinə uyğunlaşın və milli adətlərinizi unutmayın. Dində belə bir anlayış var, ona “ürf” deyilir, yəni şəriyyətdə milli adət-ənənələr də qəbul olunur və rədd edilmir”.

Şəbnəm 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri