Icma.az
close
up
RU
Dini hesabatda Allahsızlıq və ya Azərbaycanı nədə günahlandırırlar?

Dini hesabatda Allahsızlıq və ya Azərbaycanı nədə günahlandırırlar?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaman keçir, iqlim dəyişir, texnologiya gəlişir, düyada insan çoxalır, resurs azalır, fəlakətlər artır... Ancaq elə şeylər var, heç dəyişmir. Dəyişməz qalan nüanslardan biri də bir qism beynəlxalq təşkilatların müsəlman ölkələrinə, xüsusilə, Azərbaycana olan qərəzli münasibətidir.

Bu dəfə ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) bu cür münasibəti ortaya qoyub. USCIRF 2025-ci il 25 mart tarixli hesabatında Azərbaycanda dini azadlıqların vəziyyətini guya təhlil edib. "Təhrif edib" desək, daha doğru olar.

Təşkilatın saytında yerləşdirilmiş bu hesabatda Komissiyanın rəyinə görə, dini durumun “pisləşdiyi” ölkələr iki qrupa bölünüb. Birinci qrupa aid olan ölkələrdə vəziyyətin “xüsusi narahatlıq” doğurduğu bildirilib. Burada Çin, Hindistan, İran, Rusiya, Şimali Koreya, Hindistan, Pakistan, Birma və sair kimi ölkələr var. Azərbaycan ikinci qrupa aid edilib. Yəni Komissiyanın qənaətinə görə, dini situasiya pisləşib. Buna görə də Komissiya ABŞ Dövlət Departamentinə tövsiyə edir ki, Azərbaycanı müşahidə altına alsın. Bu siyahıda Azərbaycanla yanaşı Misir, İndoneziya, İraq, Qazaxıstan, Qırğızıstan, Malayziya, Şri-Lanka da var.

Hər iki qrupdakı ölkələrin siyahısına baxanda, dərhal aydın olur ki, bu hesabat tədqiqat məqsədindən çox, siyasi maraqdan meydana gəlib. Dini vəziyyətin "pisləşməsinə görə" Azərbaycanla İraqı tərəzinin eyni gözünə qoymaq, artıq özü elə Komissiyanın öz təbirincə, xüsusi narahatlıq doğurur. Bunu da keçdik. Hesabatda, necə deyərlər, daha da xüsusi narahatlıq doğuran başqa nüanslardan biri əslində USCİRF-in özünün konkret olaraq Azərbaycanda dini zəmində ziddiyyət, hətta qarşıdurma yaratmağa çalışmasıdır. Bilərəkdən, yaxud bilməyərəkdən.

Bu və ya başqa ölkələrdə məzhəbçiliyi stimullaşdırmaq aydındır ki, heç də xoş niyyətlərdən xəbər vermir. Guya hökumətin dini məzhəblərdən birini sıxışdırması haqda iddialar irəli sürülür. Ancaq bu iddiaların, necə deyərlər, altı boşdur. Sadəcə, Müsəlman Birliyi Hərəkatının adı çəkilir və guya 233 inanclı müsəlmanın həbs və məhkum olunduğu yazılır. Reallıqda isə, belə deyil; dövlətin qanunlarını pozan şəxslərə inanclı və ya inancsız deyə fərq qoyulmur. ABŞ-ın həbsxanalarında müxtəlif cinayətlərə görə cəza almış on minlərlə inanclı xristian var. Eləcə də, müsəlman və sair. O zanan kim vaxtlı-vaxtında dini ayinləri icra edirsə, onların cinayətlərinə göz yumulsun?! Bu cür yanaşma absurddur axı. Dini inanclı olmaq təkcə dini ritualları qüsursuz icra etməklə müəyyənləşmir. Heç oruc tutmayan, namaz qılmayan nə qədər inanclı var. Bir də ki Amerikada da din dövlətdən ayrıdır, Azərbaycanda da. Dinin qaydalarına nöqtə-vergülünə də əməl edən adam dövlətin qanunlarını və cəmiyyətdəki birgəyaşayış normalarını pozursa, buna görə ona cəza verilməsin?!

Hesabat müəllifləri elə özləri özlərini ifşa ediblər. Sənəddə yazılır ki, Azərbaycan İrana bağlı şəxsləri cəzalandırıb. Söhbət İranın rəsmi qurumlarının maliyyələşdirib, təlimatlandırdığı adamlardan və qruplardan - İran xüsusi xidmət orqanlarının Azərbaycan cəmiyyətində öz şəbəkəsini qurmasından gedir. Hessbatdan belə çıxır ki, Azərbaycan dövləti konkret olaraq, İranın apardığı kəşfiyyat-diversiya işlərinə göz yummalıdır. Bu da ikinci absurd yanaşma. Maraqlıdır, İran kəşfiyyatının Azərbaycanda yerləşib, kökləşib, öz şəbəkələrini genişləndirməsi, müxtəlif cür pozuculuq işləri aparması ABŞ-ın maraqlarına nə dərəcədə uyğundur ki, Azərbaycanın İrana əks-həmlələri ABŞ-n dövlət qurumu olan USCİRF-də bu dərəcədə "xüsusu narahatlıq" doğurub?! Hansı maraqlar ABŞ-ın rəsmi qurumlarını Azərbaycana qarşı sərt mövqe tutmağa sövq edir? Maraqlı və kədərli olan bir reallıq var: ABŞ-ın prezidenti, hökumət komandası dəyişsə də, hələ ki keçmiş prezident Baydenin və keçmiş dövlət katibi Blinkenin dəsti-xətti, üslubu hələ də davam edir. Hər halda USCİRF kimi ayrı-ayrı qurumlarda.

Bayden-Blinken üslubu demişkən, USCİRF öz hesabatında ermənilərə görə Azərbaycana qarşı sərt çıxıb. Bu, artıq, sadəcə, əsassız iddialardan da ötə haqsız ittihamlardır. Dini vəziyyəti təhlil edənlər Azərbaycana qarşı Allahsızlıq ediblər; bunun başqa bia ir adı yoxdur. Guya Qarabağda erməni dini irsinə təhdid var və sair. Həm də bunu yazarkən kimə isinad ediblər?! Freedom House təşkilatına. O təşkilata ki, USAİD işində adı keçir və Azərbaycana qarşı xüsusi qərəzi ilə həmişə seçilib. Bu "müstəqil", "qeyri"-hökumət təşkilatı iddia edir ki, Azərbaycan 2020-2023-cü illərdə "Dağlıq Qarabağa hücum edib". FH Azərbaycanı müharibə cinayətlərində ittiham edərkən, Qarabağda hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, separatçılıq və terrorçuluq əməllərində təqsirli bilinən və hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxsləri "hərbi əsir" adlandırıb. Başqa sözlə, qərəzini xüsusi olaraq gizlətməyə heç çalışmayıb da. USCİRF də məhz belə "mənbə"lərə istinad edərək, Azərbaycanda dini vəziyyətin pisləşdiyini iddia edir. Halbuki Azərbaycanda 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır. Bakıdakı pravoslav kilsəsi, katolik kilsəsi, sinaqoqlar və başqa dini məbədlər insanların üzünə açıqdır. Azərbaycanda bütün dünyaya nümunə olan tolerantlıq mühiti, dini etiqad azadlığı var. Bu yaxınlarda dərc olunmuş mötəbər hesabatda Azərbaycan təhlükəsizlik adası olduğu təsdiq olundu. Bunun əsasında həm də konfessiyalararası tolerantlıq və dialoq dayanır. "Bakı prosesi" çərçivəsində keçirilən dinlərarası, mədəniyyətlərarası dialoq forumları da bu dediklərimizə sübutdur. Məsələn, Avropanın mərkəzində hələ də tüğyan edən antisemitizm fonunda, Azərbaycanda müsəlmanlar yəhudilər bir-biriləri ilə sülh, əmin-amanlıq içində yaşayırlar. Bakı başda olmaqla ölkənin müxtəlif şəhərlərində, kəndlərində xristian məbədləri də var. Elə hesabatda adı çəkilən Qarabağ bölgəsində 30 illik işğal zamanı müsəlmanlara məxsus bütün dini məbədlər - məscidlər, ibadətxanalar, hətta məzarlıqlar dağıdılıb, xristian dini məbədləri isə sağ-salamatdır. Azərbaycan burada nəinki kilsələri dağıdır, əksinə onları qoruyub-saxlayır. Xüsusi olaraq mühafizə edir. Bunu 2023-cü ildə BMT-nin missiyası da təsdiq edir. Bunlar o qədər aydın, təkzibolunmaz həqiqətlər, göz qabağında olan reallıqlardır ki, nəsə əlavə etməyə də ehtiyac qalmır. USCİRF kimi ABŞ dövlət təşkilatı bu cür qərəzli münasibəti, millətlər və dinlər arasında bir-birinə qarşılıqlı niftət doğurmağı, qarşıdurma yaratmağı özünə yaraşdırırsa, ABŞ dövlətinə yaraşmır. Bu cür qərəzli hesabatlar Donald Trampın bəyan etdiyi yeni xarici siyasət doktrinasına heç bir halda uyğun gəlmir. Belə görünür ki, USCİRF də ABŞ federal büdcəsindən maliyyələşib, ABŞ əleyhinə işləyən təşkilatlardan biridir.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri