Icma.az
close
up
RU
Dini icmalara dəstək göstərilir

Dini icmalara dəstək göstərilir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;



Bu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda müsbət qarşılanır


Azərbaycan bu sahədə yalnız regional deyil, həm də qlobal nümunə olmaq potensialına malikdir


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılması ilə bağlı Sərəncam verib. Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. İcmalara ayrılan yardımın ümumi məbləği 5.5 milyon manata yaxındır. Maliyyə yardımı ayrılan icmalardan biri xüsusi diqqət çəkib. Belə ki, Sefarad yəhudilərinin Bakı dini icmasına maliyyə yardımı ayrılıb. Yardımın məbləği 350 min manatdır. Qeyd edək ki, "sefarat" ivrit dilində "sfarat" sözündən yaranıb və İspaniya mənasına gəlməkdədir. İspaniya (həmçinin Portuqaliya), Şimali Afrika və Yaxın Şərq ölkələrinə köç edən yəhudilər bu cür adlanır. Vurğulanıb ki, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir. Prezident İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncamına görə, dini qurumların rəhbərləri ona təşəkkür ediblər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) bildirib ki, Prezident İlham Əliyevin dini qurumlara göstərdiyi maliyyə dəstəyi dinlərarası və konfessiyalararası harmoniyanın inkişafı üçün böyük əhəmiyyət daşıyır. O, bu addımın dini icmaların fəaliyyətini gücləndirmək və Azərbaycan cəmiyyətində mövcud olan dini tolerantlığı daha da möhkəmləndirmək baxımından vacib olduğunu vurğulayıb. 

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev sözügedən Sərəncamla bağlı fikirlərini bölüşərək, Prezident İlham Əliyevin dini icmalara göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib. M.Yevdayev, dövlətin dini icmalara olan qayğısının dini icmaların fəaliyyətini dəstəkləmək və onların inkişafına şərait yaratmaq baxımından önəmli olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə dinlərarası əməkdaşlığın inkişaf etdiyini və bütün dinlərin nümayəndələrinin bir arada mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. 

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, dövlətin dini icmalara göstərdiyi dəstəyin və verdiyi maliyyə yardımının vacib və dəyərli olduğunu deyib. O, bu addımın yalnız dini icmaların fəaliyyətini gücləndirmək baxımından deyil, həm də Azərbaycanın dini tolerantlıq və multikulturalizm ənənələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Həmçinin dövlətin bütün dini icmalara bərabər münasibətini və ölkədəki dini azadlıqların qorunmasına göstərilən diqqəti yüksək qiymətləndirib.

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Prezident İlham Əliyevin Azərbaycanda dini tolerantlıq və azadlıq prinsiplərinin yüksək səviyyədə qorunduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını qeyd edərək, bu istiqamətdə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü ifadə edib. Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov Prezident İlham Əliyevin ölkədəki tolerantlıq və din azadlığının gücləndirilməsinə yönəlmiş siyasətini alqışladığını bildirib, bu addımın dini icmalara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. İcma sədri bu dəstəyin protestant icmalarının fəaliyyətinə töhfə olduğunu deyib. Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icmasından bildiriblər ki, Prezidentin sərəncamı Azərbaycan dövlətinin dini müxtəlifliyi dəstəkləmək və icmaların fəaliyyətini gücləndirmək istiqamətindəki müsbət siyasətinin təzahürüdür. Azərbaycan dövlətinin dini azadlıqların qorunması və ölkədəki dini harmoniya mühitinin möhkəmləndirilməsi sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirilərək, verilən dəstəyin icmaların sosial və mədəni fəaliyyətlərini daha da genişləndirməsi üçün böyük imkanlar yaratdığı bildirilib.

Ümumən qeyd etmək lazımdır ki, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti dünya üçün nümunəvi modelə çevrilib. Nümunəvi tolerantlıq məkanına çevrilmiş Azərbaycanda multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Əlbəttə ki, istənilən ölkədə multikultural dəyərlərə sahib olmaq anlaşılmazlığa, fobiyaya, milli və dini münaqişələrə son qoymaq deməkdir. Azərbaycan o nadir ölkələrdəndir ki, bu gün dünyaya multikultural dəyərlərini mesaj olaraq verir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir. Pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayırlar və bu vəziyyət heç zaman dini və ya irqi ayrı-seçkilik olmadığını bir daha göstərir. Dini mərkəz və idarələrin xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlamasına, onların beynəlxalq dini tədbirlərdə iştirakına heç bir məhdudiyyətlər qoyulmur. Ölkəmizdə xristian və yəhudi dini tədris müəssisələrinin olması da tolerantlıq mühitinin olmasından xəbər verir. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah var.


AMEA-nın böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmalara maliyyə yardımı ayrılması Azərbaycanın multikultural və tolerant dəyərlərə verdiyi önəmin bariz göstəricisidir. İlahiyyatçının sözlərinə görə, bu, həm də dövlətimizin dini icmalar arasındakı harmoniya və qarşılıqlı anlaşmanı dəstəklədiyini və bunun inkişafı üçün konkret addımlar atdığını sübut edir:

seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see314

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see286

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see281

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see278

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see261

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see261

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see214

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see183

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see175

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see172

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see171

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see171

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see166

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see166

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see166

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see165

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see160

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see160

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5 10 avtomobil düşür VİDEO

04 İyul 2026 06:10see154

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri