Dini Komitənin sabiq sədri vəfat etdi
Icma.az, Modern.az saytına istinadən bildirir.
Azərbaycanın tanınmış dövlət xadimi, sabiq diplomat Hidayət Orucov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat yayıblar.
Bildirilib ki, Hidayət Orucov 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyində və diplomatik fəaliyyət sahəsində çalışıb. O, müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə dövlət müşaviri, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrini icra edib.
Hidayət Orucov 2012–2021-ci illərdə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Hidayət Orucov dövlət və ictimai fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülmüş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş şəxslərdən biri olub.
Allah rəhmət eləsin.
Baxış sayı:150
Bu xəbər 14 İyun 2026 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















