Icma.az
close
up
RU
Dini Liderlərdən İlham Əliyevə təşəkkür

Dini Liderlərdən İlham Əliyevə təşəkkür

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Bakıda keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, təşəkkür müraciətində deyilir:

"Möhtərəm cənab Prezident,

Biz, Zati-alilərinizin ali təşəbbüs və himayəsi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində “Dünya Dinləri Yaşıl Planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Zati-alilərinizə səmimi salamlarımızı və xeyir-dualarımızı yetirməkdən şərəf duyuruq.

Azərbaycan Respublikasının dövlət başçısının Dini Liderlərin Qlobal Sammitinə himayədarlıq etməsi və özəl diqqəti tədbirimizə verilən ən böyük dəyərdir. COP 29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Zati-aliləriniz tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.

Zati-aliləri!

Dini Liderlər olaraq biz, Azərbaycanda keçirilən COP 29 Sammitinin dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacağına ümid edirik. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. Hərbi cinayətlərə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.

Müdrik dövlətçilik təfəkkürü ilə Siz işğaldan azad olunmuş torpaqlarda məscid və məbədləri, müxtəlif dinlərə məxsus mədəni-mənəvi irs abidələrini xüsusi qayğı ilə bərpa etməklə Uca Yaradanın nəzərində və dindarların qəlblərində ucalırsınız. Hal-hazırda genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin yenidən inşa olunması, ən müasir infrastruktur layihələrinin həyata keçirilməsi Zati-alilərinizin və Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın mənəvi dirçəlişə və əmin gələcəyə imza atması deməkdir. Allah Evlərinə yeni həyat verən Zati-alilərinizə və dəyərli ailənizə Uca Yaradandan xeyir-dualar diləyirik!

Möhtərəm cənab Prezident!

Zati-alilərinizin insan qardaşlığı yönündə, irqi və dini dözümsüzlük, ksenofobiya hallarına qarşı qətiyyətli mövqeyini ürəkdən dəstəkləyirik. Sizin siyasi iradəniz sayəsində Azərbaycan dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli mütəmadi tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanıdır. Cənabınızın sivilizasiyalararası əməkdaşlıq müstəvisinə dövlət səviyyəsində dəstək və xeyir-dua verməsi bizi davamlı fəaliyyətlərə ruhlandırır.

Zati-aliləri!

Dünya miqyasında dinlər və mədəniyyətlərarası əməkdaşlıq prosesinə dəyərli əməli töhfələrinizə, Dini Liderlərin Qlobal Sammitinə ali himayənizə görə dərin minnətdarlığımızı ifadə etməkdən şərəf duyur, bəşəri əhəmiyyətli fəaliyyətinizə görə ən xoş diləklərimizi qəbul etməyinizi rica edirik. Biz əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti beynəlxalq müstəvidə daha böyük uğurlara imza atacaqdır. Ulu Rəbbimizdən Zati-alilərinizin səy və əməllərinə rəvac verməsini diləyirik. Amin!".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri