Icma.az
close
up
RU
Dini liderlərin COP29da iştirakının ƏHƏMİYYƏTİ

Dini liderlərin COP29da iştirakının ƏHƏMİYYƏTİ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər. Bu gün artıq konfransın üçüncü günüdür. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, 80 prezident, vitse-prezident, baş nazir Bakıya gəlib və gəlməyə davam edirlər.

COP29-da dünyanın müxtəlif ölkələrinin dini liderləri də iştirak edir. Ötən gün jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir: “Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir. Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir".

Allahşükür Paşazadənin sözlərinə görə, Azərbaycanın dini liderləri atəşkəs çağırışını dəstəkləyir “Mən elə bilirəm ki, atəşkəsin elan olunması mühüm məsələdir. Bu bir daha göstərir ki, Azərbaycan sülh istəyir. Sülhməramlıdır. Ona görə də, dünyada sülhün bərqərar olmağını istəyir".

Maraqlıdır dini liderlərin belə tədbirdə iştirak etməsi nə anlam daşıyır?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsin sədri Fazil Mustafa bildirib ki, COP29 kimi tədbirlərində əslində elə dini liderlərin iştirak etməsi vacibdir:

"Çünki onlar bəlli topluma hansısa mesajlar verə bilər, onların müəyyən dərəcədə daha çox bu mövzuya yönəlməsini təmin edə bilərlər. Bu insanlıq naminə humanitar aksiyadır. Burada da demək olar ki, müxtəlif dinlərin təmsilçilərinin cəmiyyət üzərində nüfuzu yüksəkdir. Elə cəmiyyətlər var ki daha çox dini cəmiyyətlərdir. Burada da nüfuzlu din xadimlərinin təsir imkanları genişdir. O baxımdan hesab edirəm ki, təəccüblü heç nə yoxdur. Əksinə bu tendensiyanın genişlənməsi yaxşıdır. Azərbaycanda da şeyxülislam Allahşükür Paşazadə xüsusi tədbir keçirdi və bütün dinlərin iqlim dəyişikliyinə, ekologiyaya münasibətində verdiyi mesajların vacibliyi vurğulandı. Bakıda çox yüksək səviyyəli tədbir keçirildi, orada Baş nazir iştirak etdi, Allahşükür Paşazadə çıxış etdi".

Komitə sədri vurğulayıb ki, COP29-un bütün kateqroiydan insanlar tərəfindən dəstəklənməsinə çalışmaq lazımdır:

"Çalışmalıyıq ki, tendensiya bütün kateqoriyadan olan insanlar tərəfindən dəstəklənsin. İdman cameəsinin aparıcı adamlarında biri olan Ronaldinyo Azərbaycana gəlib. Bu da bir təbliğatdır. Mövzuya diqqət çəkmək üçün hansı vasitə varsa, ondan sağlam şəkildə istifadə edilməlidir. COP29-un da mahiyyəti bundan ibarətdir.Çünki bu, sadəcə siyasətçilərin həll edəəcəyi məsələ deyil. Siyasilər qərar verə bilərlər, lakin cəmiyyətlərin bu qərarların həyata keçməsində rolu çox önəmlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri