“Dini zarafatlar etmək sizi cahil və irqçi göstərir” − Yamal
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lamin Yamal İspaniya ilə Misir arasında keçirilən yoldaşlıq oyununda (0-0) səsləndirilən təhqiramiz şüarlar barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, oyun Barselonada keçirildi.
Təxminən 20-ci dəqiqədə bəzi azarkeşlər “Kim tullanmırsa, müsəlmandır” deyə qışqırmağa başladılar.
Stadiondakı bəzi tamaşaçılar şüarın sədaları altında tullanmağa başladılar.
“Mən müsəlmanam, əlhəmdulillah. Dünən stadionda “Kim tullanmırsa, müsəlmandır” şüarları səsləndirilib. Bilirəm ki, bunlar rəqib komandaya yönəlmişdi və bu, şəxsən mənə deyilməyib, amma mənim üçün, bir müsəlman olaraq, bu, hörmətsizlik və qəbuledilməz olaraq qalır.
Başa düşürəm ki, bütün azarkeşlər belə deyil, amma bu şüarları səsləndirənlərə müraciət etmək istəyirəm: stadionda dini zarafat kimi istifadə etmək sizi cahil və irqçi göstərir. Futbol əyləncəli olmaq və komandanı dəstəkləməkdir, insanlara kim olduqlarına və ya inandıqlarına görə hörmətsizlik etmək deyil.
Buna baxmayaraq, bizi dəstəkləməyə gələn hər kəsə təşəkkür edirəm və Dünya Kubokunda görüşənədək” - oyunçu yazıb.
Bu mövzuda digər xəbərlər:Dövlət bütün dini icmalara qayğı göstərir ŞƏRH EDİLDİ
05 Avqust 2025 15:43
Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır Bəyanat
11 Oktyabr 2026 15:27
Smirnov: Azərbaycanda spesifik dini tolerantlıq dinc birgəyaşayışında özünü göstərir
24 Dekabr 2025 14:51
Ermənipərəstlikdə “dini təəssübkeşlik”
17 Aprel 2025 10:49
Eçmiədzində dini qiyam
19 Dekabr 2025 10:04
Baxış sayı:193
Bu xəbər 01 Aprel 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















