Icma.az
close
up
RU
Eçmiədzində dini qiyam

Eçmiədzində dini qiyam

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yepiskoplar II Qareginin “qara gün”ünə start verdilər

Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin patriarxı II Qareginin xüsusilə son dövrlərdə apardığı revanşist, dağıdıcı, kilsənin kanonik qaydaları ilə bir araya sığmayan idarəçiliyinə qarşı çıxan, konstruktiv mövqe nümayiş etdirən 10 yepiskop dekabrın 17-də birgə bəyanat yayıb. Yepiskoplar “Haykakan Jamanak” qəzetində dərc olunan bəyanatda inanclı insanları dekabrın 18-də, saat 17:00-da Eçmiədzin ana taxtında II Qareginin istefasını tələb etməyə çağırıblar.

Bəyanatda kilsə ətrafında cərəyan edən hadisələrin kilsəyə, dövlətə və inanclı xalqa bərpası mümkün olmayan zərər vura biləcəyi bildirilib. Din xadimləri vurğulayıblar ki, bu narahatlıqlarını həm bütün ermənilərin katolikosu ilə şəxsi görüşlərdə, həm də ictimai müstəvidə dəfələrlə ifadə ediblər: “Bu məsələlərə həsr olunmuş görüşlərə, faktiki olaraq, bütün ermənilərin katolikosu rəhbərlik etdi və problemləri həll edə bilmədi. Bu da II Qareginin təkbaşına, özbaşına və qeyri-kafi hakimiyyətini daha da nümayiş etdirdi. Bizlərin – ruhani və inanclı şəxslərin son illər səslərimizin kilsədə nəinki eşidilmədiyini, həm də kilsənin missiyasının yerinə yetirilməsinə əhəmiyyətli, həlledici təsir göstərə bilmədiyini etiraf etməyimizin vaxtı yetişib. İndi hamımızın kilsəmizin üzləşdiyi problemlərlə bağlı aydın və qətiyyətli mövqe bildirməsinin vaxtıdır. Kilsənin hazırkı acınacaqlı vəziyyəti milli və dövlət təhlükəsizlik maraqlarımıza da təhlükə yaradır”.

Sənəddə daha sonra deyilir: “Ermənistandakı və diaspordakı inanclı şəxslərə müraciət edərək vahid iradə nümayiş etdirməyə, bizə qoşulmağa və kilsənin nüfuzunun və reputasiyasının qəsdən məhv edilməsinə səbəb olan, erməni kilsəsini xarici maraqlar üçün istismar etmək cəhdlərini və səylərini tamamilə rədd edən bu dağıdıcı, antikanonik prosesə qarşı ədalətli etiraz səslərini ucaltmağa çağırırıq. Dekabrın 18-də saat 17:00-da bütün ermənilərin ruhani mərkəzi olan Eçmiədzin ana taxtında bütün ermənilərin katolikosu II Qareginin istefa verməsi üçün haqlı bir tələblə bizə qoşulun. Çünki bu, artıq təcili zərurətə çevrilib”.

Eçmiədzin ana taxtı dünən səhər bəyanat yayaraq 10 yepiskopun son açıqlaması ilə bağlı dərin narahatlığını bildirib: “Ana taxt təhlükəli toplantının təşəbbüsünü öz üzərinə götürən müqəddəs ataları sayıq olmağa çağırır. Onlar xalqı fəlakətli emosiyalardan qorumaq üçün məsuliyyət nümayiş etdirməli və yalnız kilsənin kanonik prosedurlarına uyğun hərəkət etməlidirlər. Xalqın əziz hisslərindən sui-istifadə etməyə və məlum yalançı gündəmlə kilsənin dindar övladları arasında nifaq salmağa, erməni mənəvi mərkəzinin sülhünü və dua mühitini pozmağa ehtiyac yoxdur. Ana taxt dindarları sakit qalmağa və bu cür “təxribatçı ifadələrin” (?) təsirinə düşməməyə çağırır”.

***

Məsələyə Ermənistanın Baş naziri Nikol Paşinyan da münasibət bildirib. O, jurnalistlərlə söhbətində Eçmiədzində hər hansı bir toqquşma ehtimalını istisna etdiyini bildirib. Paşinyan hüquq-mühafizə orqanları əməkdaşlarının “müəyyən edilmiş prosedura uyğun olaraq təxribatçı hərəkətlərdə iştirak edən şəxsləri zərərsizləşdirmək” üçün bütün vasitələrə və imkanlara malik olduğuna əminliyini ifadə edib. Onun sözlərinə görə, Erməni Apostol Kilsəsi və ana taxt Ktriç Nersisyandan (katolikos II Qareginin dünyəvi adı–müəll.) və məzhəbçi qrupun digər üzvlərindən qorunmalıdır. Paşinyan qeyd edib ki, K.Nersisyan və onun yaxın ətrafı Erməni Apostol Kilsəsinin inancını ələ keçirən və korlayan təriqətçilərdir.

Nikol katolikosun istefa tələbi ilə bağlı Eçmiədzində keçiriləcək toplantıda iştirak etməyə ehtiyac görmədiyini vurğulayıb. Paşinyan 10 yepiskopun hərəkətlərinə rəhbərlik etmədiyini, lakin onları alqışladığını və dəstəklədiyini əlavə edib. O, Eçmiədzin taxt-tacının yeposkoplara, yepiskopların isə Eçmiədzin taxt-tacına məxsus olduqlarını bildirib: “Buna görə də onların toplantı çağırışı qanunidir. Mən 10 yepiskopla yalnız kilsənin bərpası gündəliyi ilə bağlıyam və bizdə belə bir fikir birliyi var ki, bu gündəm Ktriç Nersisyanın ana taxtdan uzaqlaşdırılması olmadan həyata keçirilə bilməz”.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə katolikosun xristian qaydalarına uyğun gedəcəyini bildirib. O, jurnalistlərlə söhbətində deyib: “Katolikosun (Ktriç Nersisyan nəzərdə tutulur – red.) ilin sonuna qədər vəzifəsindən uzaqlaşdırılacağını kim və harada elan etdi? Mən düşünürəm ki, bu vəzifə artıq boşdur”. Rubinyandan katolikosun istefa verəcəcəyini mümkün hesab edib-etmədiyi soruşulduqda, o, müsbət cavab verib: “Bəli, düşünürəm ki, mümkündür. O, katolikos olaraq qala bilməz”.

***

Nəzərdə tutulan vaxtda Eçmiədzinin həyətinə yüzlərlə insan toplaşıb. Onların bir qismi katolikosun istefasını tələb edənlər, digər qismi isə onu dəstəkləyənlər olub. Demək olar ki, bütün müxalifət qüvvələrinin nümayəndələri əvvəldən katolikosu dəstəkləmək üçün bu mitinqdə iştirak edəcəklərini açıqlamışdılar. Onların arasında həbsdə olan rusiyalı oliqarx Samvel Karapetyanın təşəbbüsü ilə yaradılmış “Öz yolumuzla” hərəkatının üzvləri də olub.

Eçmiədzinə böyük polis qüvvəsi də yerləşdirilib. “Müqəddəs atalar heç bir təhlükə yaratmır; biz yolu zərurətdən iki hissəyə bölmüşük”. Bunu daxili işlər nazirinin müavini və polis rəisi Aram Qazaryan patriarxlığın həyətində jurnalistlərlə söhbətində bildirib.

“Armlur.am” saytı ölkə daxilində ciddi rezonans doğuran yeni iddia ilə çıxış edib. Sayt yazır ki, N.Paşinyan kilsədə yenilənmə adı altında, faktiki olaraq, dövlət nəzarətini gücləndirməyə yönəlmiş siyasi ssenari həyata keçirməyə hazırlaşır: “Məsələ Paşinyanın ictimaiyyətə təqdim etdiyi və “yol xəritəsi” adlandırılan konsepsiya ilə bağlıdır. Rəsmi təqdimatda bu sənəd kilsənin daxili islahatları kimi qələmə verilsə də, siyasi və kilsə çevrələrində onu hakimiyyətin kilsəyə müdaxiləsinin açıq planı kimi qiymətləndirənlər az deyil. Ssenari mərhələli şəkildə qurulub. İlk addım yeni katolikosun əvəzedicisinin seçilməsidir. Ardınca kilsə üçün yeni qaydalar toplusunun qəbul edilməsi nəzərdə tutulur. Bu qaydalara əxlaqi uyğunluq, maliyyə şəffaflığı, siyasətdən uzaqlıq və vergi öhdəliklərinə uyğunluq kimi tələblər daxildir. Son mərhələdə isə bütün ermənilərin katolikosunun yeni seçkilərlə müəyyənləşdirilməsi planlaşdırılır. Formal baxımdan bu proses kilsənin özünü yeniləməsi kimi təqdim olunsa da, Paşinyan hökumətinin məsləhətçi dəstəyi faktiki olaraq dövlətin kilsənin daxili idarəçiliyinə birbaşa cəlb olunması deməkdir”.

Məqalədə qeyd olunur ki, siyasi dairələrdə müzakirə edilən əsas ssenariyə görə, hazırkı katolikos II Qaregin vəzifəsindən kənarlaşdırılarsa, mövcud prosedura uyğun olaraq onun əvəzedicisi postuna Ararat yeparxiyasının rəhbəri Navasard Kçoyan gətirilə bilər. Diqqətçəkən məqam ondan ibarətdir ki, Kçoyanla bağlı uzun müddət gündəmdə olan qanunsuz əmlak məsələləri üzrə məhkəmə çəkişmələri dayandırılıb, prokurorluq isə bu qərarlarla bağlı ictimaiyyətə hər hansı aydın izahat verməkdən yayınır.

“Joxovurd” qəzetinin yazdığına görə, hakimiyyət üçün daha arzuolunan namizəd ABŞ-ın qərb ştatlarını əhatə edən Qərb Sahil yeparxiyasının rəhbəri Ovnan Terteryandır. Onun yeni qaydalar əsasında kotolikos seçilməsi planlaşdırılır. Həmin mərhələyə qədər isə Kçoyanı katolikosluğun müvəqqəti nümayəndəsi təyin olunur.

Beləliklə, Paşinyanın kilsə ilə bağlı təşəbbüsü təkcə dini islahat müzakirəsi deyil, eyni zamanda, Ermənistan daxilində hakimiyyət–kilsə münasibətlərinin köklü şəkildə yenidən qurulması cəhdi kimi qiymətləndirilir. Bu prosesin ölkədə yeni siyasi və ictimai gərginlik yaradacağı istisna edilmir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri