Smirnov: Azərbaycanda spesifik dini tolerantlıq dinc birgəyaşayışında özünü göstərir
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, bu barədə Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri, yepiskop Aleksiy Smirnov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda məlumat verib. O bildirib ki, vicdan azadlığı fərdin suverenliyini və muxtariyyətini qoruyaraq müasir insanın əsas azadlıqlarının ən mühüm tərkib hissəsi, demokratik tipli cəmiyyətin humanitar-hüquqi dəyərlər sisteminin təməl daşıdır:
"Vicdan azadlığı prinsipi bir neçə əsas üzərində qurulur: tolerantlıq (o cümlədən, dini dözümlülük); dövlətin və elmin dini təşkilatlardan ayrılması; əqidələrin sərbəst seçilməsi və onlara əməl edilməsi; öz əqidələrinin azad şəkildə yayılması; yaradıcılıq azadlığı; bütün dinlərin və ideoloji sistemlərin qanun qarşısında bərabərliyi. Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli "Dini etiqad azadlığı haqqında" Qanununun 3-cü maddəsində deyilir: "Azərbaycan Respublikasında hər bir şəxsin dinə münasibətini müəyyən etmək və ifadə etmək hüququnu və bu hüququn həyata keçirilməsini təmin edir; Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qəbul etdiyi beynəlxalq-hüquqi normalara uyğun olaraq dinə münasibətindən asılı olmayaraq vətəndaşların sosial ədalətini, bərabərliyini, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir; insanların dünyagörüşündən və dini etiqadlarından asılı olmayaraq milli mənəviyyatın və humanizmin təzahürü, vətəndaşların rifahı və əməkdaşlığı üçün əlverişli mühitin formalaşmasına himayədarlıq edir".
Aleksiy Smirnovun sözlərinə görə, müasir cəmiyyətdə şəxsiyyət azadlığı bir sıra "azadlıq" vasitəsilə reallaşır ki, onlardan biri də dini etiqad azadlığıdır. Bu, istənilən dinə etiqad etmək, dini baxışları seçmək və dəyişmək, onlara uyğun fəaliyyət göstərmək və həmin baxışları yaymaq imkanının həyata keçirilməsini ifadə edir:
"Müasir paradiqmada vicdan azadlığının tərkib hissələrinə həmçinin birləşmə azadlığı, dövlətin dünyəvi xarakteri və çoxkonfessiyalı, çoxdinli cəmiyyətin mövcudluq prinsipi kimi dini dözümlülük daxildir.
Dövlətin dünyəvi xarakteri cəmiyyətdə vicdan azadlığının əsas təminatçısı olaraq qalmaqda davam edir və bəzi ölkələrdə bu prinsip hər yerdə tam şəkildə qorunmasa da, o, öz əhəmiyyətini saxlamalıdır. Qanun qarşısında bütün dini birliklərin bərabərliyini elan edən bir çox dövlətlər, bununla yanaşı, öz tarixləri və mədəniyyətləri üçün bu və ya digər dinin rolunun tanınmasını saxlamış və ya sonradan bərpa etmişlər ki, bunu çoxsaylı nümunələrdə müşahidə etmək mümkündür.
Azərbaycanda dini tolerantlığın spesifikliyi bütün dini institutların və ideologiyaların dinc birgəyaşayışında özünü göstərir. Dindar insan özü ilə eyni imana sahib insanların əhatəsində, yəni çoxkonfessiyalı cəmiyyət şəraitində yaşamağa can atır, lakin bu mühit ona dini identikliyini qoruyub saxlamaq imkanı verdiyi halda, polikonfessiyalılıq və sekulyarizm şəraitinə uyğunlaşır.
Eyni zamanda, tanınmış sosioloq Piter Bergerin fikrincə, sekulyarlaşma cəmiyyətin və mədəniyyətin müəyyən sahələrinin dini institutların və simvolların hökmranlığından azad olunması prosesidir. Amma biz mədəniyyət və simvollar haqqında danışırıqsa, sekulyarlaşma sosial-struktur prosesdən daha geniş məna daşıyır. O, mədəni həyatın və ideyaların bütün məcmusuna təsir göstərir. Bu təsiri incəsənətdə, fəlsəfədə, ədəbiyyatda dini mövzuların rolunun azalmasında və ən əsası, elmin dünyaya muxtar, sırf sekulyar baxış kimi inkişafında müşahidə etmək mümkündür.
Dövlətin və cəmiyyətin dünyəvi xarakterini dərk edərək qeyd etmək lazımdır ki, müasir cəmiyyətdə ənənəvi dəyərlərin formalaşmasını yalnız qanunvericilik sahəsinə aid etmək olmaz. Dövlət cəmiyyətin institutlarından biri kimi dinə münasibəti tənzimləsə də, ayrı-ayrı şəxslərin dünyagörüşünü tam şəkildə formalaşdıra bilməz. Qanunlara riayət etməklə yanaşı, insan əsrlər və nəsillər boyu formalaşmış, o cümlədən dini etiqadların təsiri altında yaranmış mənəvi prinsiplərə də istiqamətlənir. Xeyirxahlığa və ədalətə inam, hər bir insana sevgi və hörmət, ailə, valideynlər və övladlar, eləcə də öz ölkəsinə və xalqına məhəbbət – bunlar xalqdan, millətdən və dindən ayrı təsəvvür edilə bilməyən anlayışlardır.
Gənc nəslin şəxsiyyət kimi formalaşdırılması problemi də kəskin olaraq qalmaqdadır və bu proses onların bu gün necə yaşadıqlarını və gələcəkdə necə yaşayacaqlarını real şəkildə dərk etməyə əsaslanmalıdır. Hazırda təhsil sahəsi əsasən informasiya komponentini təmin edir, tərbiyə funksiyasını isə cəmiyyətin əsas hüceyrəsi olan ailə yerinə yetirir. İnformasiya texnologiyaları sosial şəbəkələr və təhsil resursları vasitəsilə gənclərə mənfi təsir göstərə bilər. Uşaq və gənclərdə həqiqi dəyərlər haqqında təsəvvürlərin formalaşdırılması ilə bütün cəmiyyət, o cümlədən dini institutlar məşğul olmalıdır. Dünyanın bütün dinləri qeyri-kamil bir dünyada yaşayan insanın özünün kamilləşməsinə və bu yolda başqalarına kömək etməsinə yönəlmişdir.
Bu baxımdan Müqəddəs Patriarx Kirillin sözləri tam ədalətlidir. O, qeyd edirdi ki, bu gün gələcək uğrunda mübarizə - antropologiya uğrunda mübarizədir. Bu, "insan" anlayışının nə olduğunu müəyyənləşdirmək uğrunda mübarizədir. Pravoslav Kilsəsi insanın Allahın surəti və bənzəri kimi ali təyinatı haqqında fasiləsiz şəkildə şahidlik edir və bu mənada milli mədəniyyətin əsasını təşkil edən ənənəvi mənəvi-əxlaqi dəyərlərin möhkəm dayağı kimi çıxış edir.
Ümid etmək və inanmaq istəyirik ki, ölkəmizin bütün dini institutlarının, o cümlədən Müqəddəs Patriarx Kirillin ifadə etdiyi kimi, “müasir şəraitdə xristian dəyərlərinin təbliği üçün yeni dil və yeni yaradıcı yollar axtarmağa” çağırılan Rus Pravoslav Kilsəsinin, eləcə də cəmiyyətin bütün sağlam qüvvələrinin birgə səyləri nəticəsində Azərbaycan bundan sonra da ahəngdar inkişaf vektoruna malik bir dövlət kimi çıxış edəcək, dövlət-konfessional münasibətlər sahəsində səriştəli şəkildə qurulmuş din siyasətinin nümunəsini nümayiş etdirəcəkdir".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“Kursk üzərində 3 Ukrayna raketi vuruldu” Smirnov
22 Noyabr 2024 20:38
Tolerantlığın yüksək səviyyədə olduğu ölkələr azdır Aleksiy Smirnov
05 Noyabr 2025 15:21
Qastroenterit özünü necə göstərir?
13 Mart 2025 10:35
Azərbaycanda xristianlığın tarixi və dini tolerantlıq
06 İyun 2025 10:52
Azərbaycanda dini tolerantlıq kağız üzərində deyil
23 Sentyabr 2025 12:25
Baxış sayı:105
Bu xəbər 24 Dekabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları