Icma.az
close
up
RU
Dinməz söyləməz! “İç xəbərin Sərxanı” üçün…

Dinməz söyləməz! “İç xəbərin Sərxanı” üçün…

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az ötən il 41 yaşında dünyasını dəyişən jurnalist Sərxan Kamallı haqqında Orxan Məmmədlinin xatirə yazısını təqdim edir.

İnsan niyə belə ucsuz-bucaqsız boz düzənliklərdə məskən salsın?!

Bu yerlərin etimologiyasından yadımda qalan ovlaq sözü idi. Ağılabatandır. Bəlkə, gəlib kürün qırağında ov ediblər, sonra da bir gün, iki gün... kölgəlik tapıb qalıblar. Buranın ağcaqanadı, bürküsü dillər əzbəridir. Kölgəlik var burada, səntağa?!

- Əlim sükanda düşünürdüm. Zövcəm çiynimə söykənib yuxulamışdı. Yol boyu ucsuz-bucaqsız yulğunluqdur, maraqlı heç nə yoxdur, mürgüləsə yaxşıdır.

Yaman isti vardı. Susamışdım. Oyatmamaq üçün gözləyirəm. Bakıdan çıxandan elə özümüz danışmışıq. Bir dəfə də maqnitafonu qoşmadıq. Amma bütün yolu Zamfirin “Tənha çoban” musiqisi elə hey beynimdə səslənib: Beton təpələrin üstündə üzü nurlu, saçı dalğalı bir tənha çoban sensor ekranlı çomağa söykənib, gözləri yol çəkir: 3 uşağın qayğısı. Evin ipotekası. Məişət öhdəlikləri. İstirahətsiz işlər. Təftişlər. Vergilər. Ödənişlər. Kreditin vaxtı. Çevir tatı, vur tatı...

- Çatmadıq?

- Az qalıb.

Ora çatmaq istəmirdim. Amma çatmışdım. Tək düşdüm maşından. Mağarda köhnə iş yoldaşlarımla görüşdüm. Bir qısmat ehsan yedim. Qardaşından qəbiristanlığın yerini soruşub, başsağlığı deyib çıxdım. Dedi “böyükdür ora, çətin taparsınız”.

Naviqatora düşməyən qəbiristanlığı tapdım. Girişdə başında fəs olan bir gəncdən soruşdum...

Demədim ki, ANS-də birlikdə işləmişik. Birdən hansısa tanışını soruşardı. Ölkənin yarısının ANS-də işləyən bir tanışı olur. Danışmaq istəmirdim.Dolmuşdum. İ
nanmaq istəmədiyim xəbəri təsdiqləmək üçün gəlmişəm. Bizə öyrətmişdilər ki, xəbəri bir neçə yerdən, ən əsası isə mənbənin özündən təsdiqlə. Mən də gəlmişdim Sərxandan ölümünün təsdiqini alım.

- “İkinci aralıqdan dön sola”.

Döndüm sola. Tək düşdüm.

Qəbirlərin arasında yaşıl örtüklü məzar vardı. Düşündüm, bu olmaz.
Cavan idi, məzarına salınan örtük qırmızı olmuş olar.
Bayaqkı fəsli gənc piyada bura qədər gəlibmiş. Dedi “bildim ki, tapmayacaqsan. Gəl”.

Qırmızı örtüklü məzara çatdıq. Nitqim qurudu. Əlini sıxıb qəhərlə sağ ol dedim. O quran oxumağı təklif eləmədi. Bir də “çox sağ ol” dedim.

Ətrafda qarğalardan başqa ins-cins yox idi. Səsləri aləmi bürümüşdü. Elə bil Günəş də düz Yevlaxa şaxıyırdı.

Gün eynəyini yanağımdan azca araladım ki, yaşlar rahat axıb torpağa qarışsın.
Hiss elədim ki, çox sual verirəm Sərxana.
Qınayıram.
Danlayıram.
Tonumu qaldırıram...

Yox e, sən bir ay əvvəl Emil Abdullayevin hüzründə demişdin ki, görüşərik.
Düz bir ay sonra gəldim, burada görüşdük.
Nə hərəkətdir ki, bu indi?! Təmkinliydin. Öz qaydaların vardı.
Səbirliydin axı sən. Hara tələsdin belə?!

Əlimi torpağına, qərənfillərə vururam, biləsən ki, qaqan gəlib. Mənim zarafatlarım, ezop dilində yazılarım sənin xoşuna gəlirdi.

Bu boyda idin yəni sən? Məncə daha böyük idin.
Bu məzardan çox böyük. Eynəyimi azca araladım ki, yaşlar torpağa rahat düşsün.

Çoxlu filmlərə baxırdın. Atan Səxavət müəllim riyaziyyatdan dərs deyirdi. Multimedia texnikasını, smartfonların yeni modellərini izləyirdin. Qardaşının biri diş həkimidir. Beynimdə sənə aid yüzlərlə müxtəlif məlumatlar dolaşdı. Böyük oğlun hər şeyi başa düşür. Çətin olacaq ona. Nə bilime .

Bu böz çöllükdən, cadar-cadar olmuş şoran torpaqlardan canını qurtarmışdın. Təzədən qayıtdın boz düzəngaha!

Laçına səfərim zamanı dağların ətəyində bir çoban gördüm. Həkəri çayının kənarında yolu qazmışdılar. Maşınımız lap yavaş hərəkət edirdi. Sürüyə yaxın yerdən keçdik. Səliqəli geyimdə, belində planşet olan 35-40 yaşlı bir çoban yamyaşıl təpənin başında çomağına söykənib uzaqlara marıtlamışdı. Dalıb getmişdi. Heç kəsə fikir vermirdi. Çox güman ki, uşaq olanda buradan çıxıb, bir də 28 ildən sonra torpaqlar işğaldan azad olunandan sonra bura qayıdıb, ailə təsərrüfatı ilə məşğul olur. Bu illər ərzində şəhər havasında böyüyübsə bəlkə onun intizarını çəkir. Yəqin oradakı dostları, sevgilisi, keçdiyi küçələr, bahalı maşınlar, Bakının qəribə cazibəsi onu rahat buraxmır.

Fikrimdən keçdi ki, maşını saxladıb, yaxasından tutub deyəm, “nəyin fikrini çəkirsən, ə?!

Təpə əyri olsa da, düz yerdəsən. Sənin kondisionerinin də, kombinin də, zolaqtanıyan avtomobilinin, lap elə sevgilinin də ruzusu elə bu torpağın üstündədir”.

Qayıdanda yenə maqnitafonu qoşmadım. Düzü-dünya yulğundur. Niyə bunun cəriməsi var ki?! Nadir bitki deyil, içindən mirvari çıxmır. Bunu niyə qırmızı kitaba salıb, qış vaxtı kəndlini cərimələyirlər?

Yoldaşıma Sovetin köçürmə siyasətinin bir hissəsi olaraq Yevlaxa köçürülən qaraçılar barədə danışdım. "Bir az diribaşları yaxın rayonlara - Ağdaşa, Göyçaya və digər yerlərə köçdülər". Söhbətimdə məşhur Romen qaraçı teatrına qədər getdim.

- “Bu regionda qaraçıların ən tanınmış nümayəndəsi rəhmətlik kamança çalan Habil olub”.

Burada heç kəs qalmaq istəməsə də Yevlaxda o qədər sənaye obyektləri vardı ki, hər gün böyüyürdü. Ona görə də 1962-cı ildə ərazisi Goranboy, Ağdaş və Bərdəyə birləşdirilən Yevlax 1965-ci ildə yenidən ayrıca rayon tipli şəhər oldu.

Yolboyu bu məlumatların içində maraqlısı Habil idi, zavallısı Sərxan. Qaraçı deyildi. Qaraçılar inciməsin, bu deyimdir: Heç vaxt da qaraçılıq eləmədi.

Bu yoldan nə vaxtsa keçsəm, gəlib düzəngahın oğlunu ziyarət edəcəm.

O nurlu insanın ruhu yamyaşıl təpələrin üstündə çomağına söykənib üfüqə, balalarının xoş gününə baxır.

Zamfir isə ney çalır.

Mənim eynəyim dolub.

Rahat yat, Sərxan. İşə tələsməyəcəksən. Bu gün də doğum günündür!

Heç kim səni oyatmayacaq!

Xalq yazıçısı həyat yoldaşının əlini öpdüyünə görə kimi döymüşdü? Məşhur aktyor azadlığa çıxdı "Prens"in yayım tarixi açıqlandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri