Icma.az
close
up
RU
Diplom yox, bacarıq dövrü başlayır Təhsildə yeni mərhələ

Diplom yox, bacarıq dövrü başlayır Təhsildə yeni mərhələ

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramları tələbata uyğun olaraq yeniləcək. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.

Proqramlar yenilənərkən hansı nüanslara diqqət etmək lazımdır? 

Bakı şəhəri Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin Tədris işləri üzrə direktor müavini, məktəb idarəetmə sahəsində 3 kitab müəllifi və təlimçi, "Azərbaycan Təhsili" marifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov Redaktor.az-a açıqlamasında bildirdi ki, ali və orta ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğun yenilənməsi müsbət və zəruri addımdır.

Müsahibimizin sözlərinə görə, bu proses yalnız fənlərin adının dəyişdirilməsi ilə məhdudlaşmamalıdır:

"İlk növbədə, proqramların hazırlanmasında işəgötürənlərin, sənaye nümayəndələrinin və peşəkar birliklərin rəyi əsas götürülməlidir. Çünki əmək bazarında tələb olunan bacarıqları ən yaxşı həmin sahələr müəyyən edir.

Digər mühüm məsələ nəzəri biliklə praktik bacarıqlar arasında balansın gücləndirilməsidir. Tələbələrin istehsalat təcrübəsi, dual təhsil modeli, layihəəsaslı öyrənmə və real iş mühitində təcrübə imkanları genişləndirilməlidir. Bundan əlavə, proqramlara rəqəmsal bacarıqlar, süni intellektdən səmərəli istifadə, məlumatların analizi, kibertəhlükəsizlik, xarici dil, kommunikasiya, komandada işləmək, liderlik və problem həll etmə kimi XXI əsr bacarıqları daha geniş şəkildə inteqrasiya edilməlidir.

Eyni zamanda proqramların mütəmadi monitorinqi aparılmalı, məzunların məşğulluq göstəriciləri və işəgötürənlərin rəyləri əsasında ən azı hər 3–5 ildən bir yenilənməsi təmin olunmalıdır. Əsas məqsəd diplom verən deyil, əmək bazarında rəqabətədavamlı, çevik düşünən və peşəkar bacarıqlara malik məzun yetişdirən təhsil sistemi formalaşdırmaq olmalıdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri