Icma.az
close
up
RU
“Diplomatic World Sweden” SSANA nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

“Diplomatic World Sweden” SSANA nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 9 iyun, AZƏRTAC

İsveçin “Diplomatic World Sweden” nəşrində “Sweden Students & Alumni Network Azerbaijan” (SSANA) ictimai birliyinin təşkil etdiyi İsveç İnstitutunun məzunlarının görüşü – “SI Graduation Gathering 2026” haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, nəşrdə tədbirin Lund şəhərində “Birliyimiz gücümüzdür” şüarı altında keçirildiyi qeyd olunur. Tədbirdə İsveç İnstitutunun 30 ölkədən olan, 11 İsveç universitetini və 12 şəhəri təmsil edən 90-a yaxın təqaüdçüsü və məzunu iştirak edib.

Görüş zamanı SSANA-nın həmtəsisçisi Rahil Məmmədov beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və akademik mühitdə müxtəliflik dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin belə təşəbbüslərin gənclərdə liderlik keyfiyyətlərinin, məsuliyyət hissinin və fəal vətəndaş mövqeyinin formalaşmasındakı rolunu qeyd edib.

Məqalədə bildirilir ki, tədbir çərçivəsində təşkilatın Məşvərət Şurasının sədri Nərmin Abbasova, İdarə Heyətinin üzvləri Fidan Əhmədli, Zərifə Əmirova və Nicat Fətəliyev SSANA-nın fəaliyyəti barədə məlumat verib, təşkilatın İsveç İnstitutu, eləcə də Azərbaycanın və İsveçin diplomatik nümayəndəlikləri ilə əməkdaşlığından danışıblar.

Proqrama mədəni mübadilənin möhkəmləndirilməsinə, peşəkar əlaqələrin genişləndirilməsinə və beynəlxalq tələbə əməkdaşlığının inkişafına yönəlmiş interaktiv tədbirlər daxil olub. İştirakçılar həmçinin şəxsi hekayələrini və təcrübələrini bölüşüblər.

Məqalənin müəllifi qeyd edir ki, bu görüş Azərbaycan gənclərinin beynəlxalq təşəbbüslərdə fəal iştirakının nümunəsinə çevrilib və onların mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafına verdikləri töhfəni nümayiş etdirib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri