Icma.az
close
up
RU
Diplomatik reallıqlar... Bakı və Moskva arasında münasibətlər emosional deyil, strateji maraqlara əsaslanır

Diplomatik reallıqlar... Bakı və Moskva arasında münasibətlər emosional deyil, strateji maraqlara əsaslanır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“9 oktyabr 2025-ci il, Düşənbə - Müstəqil Dövlətlər Birliyinin sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş təkbətək görüş regionun siyasi gündəminin əsas hadisəsinə çevrildi. Görüşün əsas mövzusu, son aylarda beynəlxalq rezonans doğuran Azərbaycan təyyarəsinin Rusiya hava hücum sistemi tərəfindən vurulması hadisəsi idi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, bu görüş, təkcə iki dövlətin münasibətlərində deyil, həm də bütövlükdə Cənubi Qafqazda sülh, sabitlik və güc balansı baxımından yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Nicat İsmayılov

Görüşün əsas mövzusu: Azərbaycan təyyarəsinin vurulması

Nicat İsmayılov bildirib ki, 2024-cü ilin dekabrında baş verən qəza nəticəsində "Azerbaijan Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin məhv olması və 38 nəfərin həlak olması ilə bağlı aparılan araşdırmalar, 2025-ci ilin yayında Rusiya hava müdafiə sistemlərinin hadisədə iştirak etdiyini göstərmişdi.

“Rusiya Prezidenti Vladimir Putin Düşənbədəki görüşdə ilk dəfə olaraq Rusiya ordusunun məsuliyyətini etiraf etdi. Putin bildirib ki, hadisə “məqsədli hücum deyil, texniki səhv və operativ koordinasiya çatışmazlığı nəticəsində baş verib. Putin vurğulayıb ki, Rusiya tərəfi bu faciəni dərin təəssüf hissi ilə qarşılayır və məsul şəxslərin müəyyən edilməsi, habelə Azərbaycan tərəfinə kompensasiya ödənilməsi istiqamətində addımlar atmağa hazırdır”-deyən politoloq qeyd edib ki, cənab Prezident İlham Əliyev cavab nitqində Azərbaycan xalqının və dövlətinin bu məsələ ilə bağlı ədalət və şəffaflıq tələb etdiyini bildirib.

“Prezident İlham Əliyevin sözlərinə görə, "təyyarənin vurulması yalnız bir texniki səhv kimi dəyərləndirilə bilməz. Bu, dövlət suverenliyinin pozulması, insan həyatına hörmətsizlik və beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır". Cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, hadisə ilə bağlı müstəqil beynəlxalq ekspertiza komissiyasının yaradılması, beynəlxalq təşkilatların iştirakı ilə araşdırmaların aparılması və zərərçəkmiş ailələr üçün ədalətli kompensasiya mexanizminin qurulması vacibdir. Düşənbə görüşü həm də iki lider arasında emosional, lakin konstruktiv dialoq kimi dəyərləndirilir. İki prezident arasında gərginlik müşahidə olunsa da, danışıqlar nə qarşıdurmaya, nə də diplomatik böhrana gətirib çıxarmadı. Əksinə, hər iki tərəf məsələni diplomatik və hüquqi yolla həll etməyə razı oldu. Vladimir Putin görüş zamanı bildirib ki, “Rusiya Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqdir” və bu hadisənin “dostluq əlaqələrinə kölgə salmaması üçün bütün zəruri addımlar atılacaq”. Cənab Prezident İlham Əliyev cavabında qeyd edib ki,  “Azərbaycan dostluğu ədalət üzərində qurur. Əgər ədalət təmin olunarsa, əlaqələr daha da güclənəcək”. Bu qarşılıqlı bəyanatlar göstərdi ki, Bakı və Moskva arasında münasibətlər emosional deyil, strateji maraqlara əsaslanır”-deyə Nicat İsmayılov bildirib.

Geniş tərkibli görüş və əldə olunan razılaşmalar

Təkbətək müzakirədən sonra keçirilmiş geniş tərkibli görüşdə müəyyən məsələlər razılaşdırılıb:

Təyyarə hadisəsinə dair müştərək araşdırma komissiyasının yaradılması, Azərbaycan, Rusiya və beynəlxalq ekspertlərin iştirakı ilə faktların obyektiv araşdırılması təmin ediləcək.Zərərçəkən ailələr üçün kompensasiya mexanizmi ilkin mərhələdə Rusiya tərəfi kompensasiya ödənişi ilə bağlı razılıq verib.Regional təhlükəsizlik və hava məkanının birgə monitorinqi, gələcəkdə bənzər hadisələrin qarşısını almaq məqsədilə birgə informasiya və rabitə sistemlərinin yaradılması planlaşdırılır.İqtisadi və enerji əməkdaşlığının davamı, hər iki prezident siyasi gərginliyə baxmayaraq, enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın davam etdiriləcəyini təsdiqləyiblər.

Politoloqun fikrincə, bu görüş təkcə bir insidentin müzakirəsi deyil, həm də bölgədə yeni güc və etimad balansının formalaşması deməkdir: “Azərbaycan, hadisəyə baxmayaraq, diplomatik ədalət və hüquqa əsaslanan siyasət nümayiş etdirməklə beynəlxalq arenada nüfuzunu daha da artırdı. Cənab Prezident İlham Əliyevin Düşənbədəki çıxışı göstərdi ki, Azərbaycan artıq regionda “reaksiya verən dövlət” deyil, prosesləri formalaşdıran və tənzimləyən aparıcı aktordur”.

Nicat İsmayılov bildirib ki, digər tərəfdən, Rusiya üçün bu görüş imic baxımından çətin, lakin vacib bir addım idi. Putin ilk dəfə etiraf yolu ilə məsuliyyəti üzərinə götürməklə həm regiondakı etibarını qismən bərpa etməyə, həm də Azərbaycanın siyasi sərtliyini yumşaltmağa çalışdı: “Düşənbə görüşü Cənubi Qafqaz diplomatiyasında tarixi hadisə kimi qalacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu danışıqlarda bir daha sübut etdi ki, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda münaqişəni sülh yolu ilə həll etməyi bacaran dövlət başçısı və strateji liderdir”.

“Rusiya ilə münasibətlərin sınağa çəkildiyi bu mərhələdə Azərbaycan emosiyadan yox, hüquqdan və diplomatik rasionalizmdən çıxış etdi. Bu, dövlətin beynəlxalq nüfuzunu gücləndirən, ədalət və sabitlik dəyərlərini önə çəkən mövqedir. Bu görüş həm də göstərdi ki, XXI əsrin Cənubi Qafqazında böyük dövlətlərlə münasibət yalnız güc balansına deyil, qarşılıqlı məsuliyyət və şəffaflığa əsaslanmalıdır. Nəticə etibarilə, 9 oktyabr 2025-ci il Düşənbə görüşü iki dövlət arasında yaranmış böhranı qarşılıqlı anlayış və diplomatik çevikliklə aşmağın nümunəsinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycanın yürütdüyü siyasət nə emosiyaya, nə də asılılığa əsaslanır. Azərbaycanın yürütdüyü siyasət ədalət, hüquq və milli maraq prinsiplərinə söykənir”-deyən politoloq vurğulayıb ki, görüşdən sonra formalaşan yeni mərhələ regionda sülhün, etimadın və əməkdaşlığın bərpası üçün real siyasi zəmin yaradır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri