Icma.az
close
up
RU
Diplomatik xidmət orqanları nümayəndələri üçün birgə hüquqi maarifləndirmə tədbiri keçirilib

Diplomatik xidmət orqanları nümayəndələri üçün birgə hüquqi maarifləndirmə tədbiri keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Xarici İşlər Nazirliyi (XİN) tərəfindən diplomatik xidmət orqanlarının nümayəndələri üçün maarifləndirici tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyində təşkil olunan tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və XİN-in idarə rəisi Aysel Yaqubova məruzəçi qismində iştirak ediblər.

A.Səfixanlı Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu, bu sahədə genişmiqyaslı islahatlar həyata keçirildiyini söyləyib. O, həmçinin bildirib ki, bu siyasəti hazırda uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən 2007-ci il 18 iyun tarixli Sərəncamla bu tarix Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunub.

Eyni zamanda, qeyd edilib ki, Ombudsman tərəfindən ənənəvi olaraq hər il elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzulara dair maarifləndirmə tədbirlərinin keçirilməsi və bu məqsədlə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.

Daha sonra A.Səfixanlı tədbir iştirakçılarına Ombudsmanın beynəlxalq əməkdaşlıq əlaqələri, BMT-nin insan hüquqları üzrə müdafiə mexanizmləri, humanitar hüquq normalarının implementasiyası barəsində geniş məlumat verib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

Tədbirdə XİN-nin idarə rəisi A.Yaqubova “Heydər Əliyev və Azərbaycanın xarici siyasətində insan hüquqları amili” adlı məruzə ilə çıxış edib.

Müzakirələr zamanı mövzu ilə bağlı XİN əməkdaşlarının sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri