“Diplomatların əməkhaqqı tam təmin olunur”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Beynəlxalq fəaliyyət xərclərinə toxunuldu. Qeyd etdik ki, rəqəmimiz 550 milyon manatdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
“Diplomatik nümayəndəliklərimizə xüsusi önəm verilir. Azərbaycanın beynəlxalq nüfuzu, səfirliklərimizin sayı artır. Diplomatların əməkhaqqı ilə bağlı məsələ qaldırıldı. Onların əməkhaqqı keçən il artıb. Bu, BMT-nin təsdiq etdiyi mexanizm əsasında hazırlanıb. Ona görə də diplomatların əməkhaqqı tam şəkildə təmin olunur”, - nazir bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Noyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















