Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Diplomatlarla bağlı yeni qərar

Diplomatlarla bağlı yeni qərar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları” təsdiqlənib.

Globalinfo.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydalara uyğun olaraq müəyyən edilən ödənişlər nümayəndələrin və onların (aparatlarının) işçilərinin vəzifəyə təyin olunduqları tarixdən Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na (bundan sonra – “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”) 4 nömrəli əlavədə hər bir dövlət üzrə müəyyən edilmiş xarici valyutada ödənilir. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları mövcud olmadıqda həmin dövlət üzrə nümayəndələrə ödənilən ödənişlər üçün əsas götürülən xarici valyuta Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıca müəyyən edilir. Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə işçinin iş yerinin və orta əməkhaqqının saxlandığı digər hallar istisna olmaqla, nümayəndələr və onların (aparatlarının) işçiləri təyin olunduqları xidmət yerində hər hansı səbəbdən öz vəzifələrini 30 (otuz) təqvim günündən artıq müddətdə icra edə bilmədikdə onlara yalnız milli valyutada dövlət məvacibi ödənilir.

Nümayəndələrə və onların (aparatlarının) işçilərinə dövlət məvacibi və bu Qaydalarda nəzərdə tutulan digər ödənişlər hər il dövlət büdcəsi təsdiq olunduqdan və ondan sonra nümayəndələrin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlərin bölgüsü təsdiq edildikdən sonra 10 (on) gündən gec olmayaraq onların tabe olduqları dövlət orqanları tərəfindən tərtib olunan və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən xərclər smetası (bundan sonra – xərclər smetası) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzlərinin xərclər smetası, habelə Azərbaycan Respublikasının bəzi xarici dövlətlərdəki səfirliklərində mövcud olan təhsil məsələləri üzrə müşavir ştatları üzrə xərclər smetası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə də razılaşdırılır. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə vəsait xarici valyutada təhtəlhesab şəxslər üzrə avans şəklində ayrılır. Bu məqsədlə nümayəndələr və onların (aparatlarının) işçiləri tərəfindən qəbul edən dövlətdəki banklardan birində fiziki şəxs qismində bank hesabı açılır və onların tabe olduqları dövlət orqanları hər ayın 18-25 tarixləri arasında həmin bank hesabına vəsaitin köçürülməsini təmin edirlər. Nümayəndələr və onların (aparatlarının) işçiləri (təhtəlhesab şəxslər) tərəfindən rüb ərzində əldə edilən maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı növbəti rübün birinci ayının 5-dək onların tabe olduqları dövlət orqanlarına forması müvafiq qaydada təsdiq edilmiş avans hesabatı rüblük təqdim edilir. Təhtəlhesab şəxslər avans hesabatına xərcləri təsdiq edən bütün əsasverici sənədləri (məvacib, kompensasiya və müavinətlər istisna olmaqla) əlavə etməlidirlər. Bu sənədlərin siyahısının avans hesabatının müvafiq hissəsində qeydiyyatı aparılır. Avans hesabatına əlavə edilən bütün sənədlər onların hesabata birləşdirilmə ardıcıllığı ilə nömrələnir. Nümayəndələr və onların (aparatlarının) işçiləri tərəfindən tabe olduqları dövlət orqanlarına təqdim edilən avans üzrə xərclənməyən qalıq vəsait ilkin mənbəyə qaytarılmadan növbəti rübdə istifadə olunur. Eyni şəxsə rübdən sonrakı yeni avans məbləği yalnız əvvəlki rüb ərzində ödənilmiş avans məbləğləri haqqında hesabat təqdim edildikdən və vəsaitin qalığı barədə məlumat əldə edildikdən sonra ödənilir. Təhtəlhesab məbləğlərin avans hesabatı müəyyən olunmuş müddətdə təqdim edilmədikdə həmin məbləğlər Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin tələblərinə uyğun olaraq nümayəndəyə və onun (aparatının) işçilərinə ödənilən dövlət məvacibi və aylıq əlavənin cəmindən tutulur.

Dövlət büdcəsindən nümayəndələrin və onların (aparatlarının) işçilərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan vəsait təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, xarici dövlətlərdəki hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sığorta olunarkən, həmçinin onlara əmək pensiyası təyin edilərkən onların müvafiq dövlət qurumunda ştat üzrə tutduğu son vəzifəyə uyğun hesablanan pul təminatı və əməkhaqqı əsas götürülür.

Nümayəndələrə və onların (aparatlarının) işçilərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və konsulluğun, beynəlxalq təşkilatın, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatın yerləşdiyi, habelə diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği nümayəndələrin və onların (aparatlarının) işçilərinin dövlət məvacibindən qanunvericiliyə uyğun olaraq vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitə (dövlət məvacibinin nümayəndələrə və onların (aparatlarının) işçilərinə ödənilən hissəsinə) fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğlə həmin qalan vəsait arasındakı fərqə bərabər götürülür. Nümayəndələrin və onların (aparatlarının) işçilərinin dövlət məvacibinə fərqləndirici əmsal xidmət keçdikləri dövlət üzrə “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 5 nömrəli əlavə ilə müəyyən edilmiş qaydada və hədlərdə tətbiq edilir. Nümayəndələrin və onların (aparatlarının) işçilərinin xidmət keçdikləri dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları mövcud olmadıqda həmin dövlət üzrə fərqləndirici əmsal Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıca müəyyən edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Aprel 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri