Icma.az
close
up
RU
QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub.

Əraziyə baxış keçirən dövlət başçısına görülmüş işlər barədə məlumat verilib.

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən icra olunan layihənin məqsədi Xocalı rayonunda ekoloji tarazlığın bərpası və yeni yaşıllıqların salınması ilə yanaşı, bu ərazidə baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, eləcə də yeni iş yerləri yaratmaqla rayona köçürülmüş əhalinin məşğulluğunun təmin edilməsidir.

“Cebheinfo.az” xəbər verir ki, Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılan 693,607.20 AZN məbləğində maliyyə dəstəyi (qrant) ilə həyata keçirilən bu layihənin birinci mərhələsinə uyğun olaraq hər hektara 10 min tut tingi olmaqla, ümumilikdə 13 hektar ərazidə Çin Xalq Respublikasından idxal olunmuş 130 min ağacın əkilməsi təmin edilib ki, bununla da ipəkqurdunun yem ehtiyatı formalaşdırılıb. 

Eyni zamanda tut bağında müasir damcılı suvarma sistemi yaradılıb. Qeyd olunmalıdır ki, növbəti aylarda layihənin ikinci mərhələsi çərçivəsində əlavə olaraq 150 hektar ərazidə Çin Xalq Respublikasından idxal olunan daha 1,5 milyon tut tinginin əkilməsi nəzərdə tutulub.

Eyni zamanda layihə çərçivəsində ipəkçiliyin inkişaf etdirilməsi, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi və yaş barama istehsalının təşkili, eləcə də məhsulun emalı üçün müvafiq infrastrukturun yaradılması planlaşdırılır.

Hazırda ərazidə torpağın şumlanması, dərmanlanması və alaq bitkilərdən təmizlənməsi işləri icra olunur.Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, eləcə də doğma yurdlarına qayıdan insanlar üçün yeni iş yerlərinin yaradılması və iqtisadi inkişafın təmin edilməsi ilə bağlı görülən işlərə maliyyə dəstəyinin göstərilməsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri