Icma.az
close
up
RU
Erməni hərbçi təpiklə vurdu, uşağın başı zərblə divara dəydi Məhkəmə

Erməni hərbçi təpiklə vurdu, uşağın başı zərblə divara dəydi Məhkəmə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 24-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Globalinfo.az xəbər verir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

Zərərçəkmiş şəxs Vəliyev Fikrət Cavad oğlunun elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən, o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Vəliyeva Ürüzə Xanlar qızını, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Əhmədov Anar İslam oğlunu görüb. O, ailə üzvləri və 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Həmin gün səhər meşədə bacısının qayınanası Durna Əhmədova və sonuncunun oğlu Rafiq Əhmədov və digərləri ilə rastlaşdıqda onlar Ağdam rayonunun Şelli kəndi yaxınlığında, Xocalı rayonu ərazisində yerləşən Qaraqaya adlanan yerdə olan Xocalı sakinlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində müəyyən hissəsinin öldürüldüyünü və bir hissəsinin qaça bildiyini söyləyiblər. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.

Dumanlı hava şəraiti və bələdçilərinin olmaması ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Bağırova Zəhra Sarı qızı, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. Onlar girov götürülərək həmin kənddə yerləşən mal tövləsinə oxşar tikilidə saxlanılıblar. Burada işgəncələrə məruz qalıblar. Ona vurulan zərbələrdən kürəyinə şal ilə bağladığı azyaşlı Anar Əhmədov yerə düşüb. Adını bilmədiyi Ermənistan hərbçisinin uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Anarı əlindən alıb kürəyi üstə yerə ataraq Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib. Üstlərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Fermada onunla birlikdə digər qohumları da girov qismində saxlanılıblar. Həmin gün Ermənistan hərbçiləri girovların arasından gəncləri – Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri və ardınca avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri