Icma.az
close
up
RU
Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz üzə qoyur?

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz üzə qoyur?

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlərdə sosial şəbəkələrdə diplomsuz plastik cərrahlar kimi, diplomu olmayan və ya xaricdə qiyabi olaraq təhsil alan amma diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərdikləri ilə bağlı paylaşımlar edilir. Maraqlı tərəfi odur ki, bu dəfə şikayət edənlər vətəndaşlar yox, məhz həkimlərdir. Onlar bildirir ki, dəfələrlə diplomsuz diş həkimləri tərəfindən zərərçəkmiş şəxslər müəyyən ağırlaşmalarla müracət edirlər. Bəs, stomatoloqlararın işinə nəzarət necə həyata keçirilir?Bu barədə Səhiyyə Nazirliyinə hansısa şikayət və ya müraciətlər daxil olubmu? Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunan qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər:

“Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.

Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı İnzibati Xəta Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur”.

“Təəssüf ki, mövcud stomatoloq fəaliyyəti ilə məşğul olan şəxslərin heç də hamısı, dövlət qeydiyyatından keçməyiblər və yaxud onların sənədləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemi tərəfindən qəbul olunmur. Lakin buna baxmayaraq, qeyri qanuni fəaliyyət göstərənlər var. Xüsusilə də regionlarda. Yuxarıda qeyd etdiyimiz kimi, vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir və barələrində qanunamüvafiq tədbirlər görülür. Belə şəxslər ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbi olub-olmamasının müəyyənləşdirilməsi üçün bizə müraciət daxil olur. Bundan sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbir görülür və növbəti icraata göndərilir.

Ümumiyyətlə hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisənin lisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğul olan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisə rəhbərindən məlumat əldə etmək hüququna malikdir. Sənəd tələb edilmədikdə aidiyyəti orqanlara – Səhiyyə Nazirliyinin müvafiq qurumlarına və hüquq mühafizə orqanlarına rəsmi müraciət edə bilər", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, zərər çəkən şəxslər mütləq qaydada hüquq- mühafizə orqanlarına müraciət edərək, məhkəmə tibbi ekspertizanın rəyini əldə etsinlər.

"Tural Mirzəyevin stomatoloqlarla bağlı AEM-ə siyahı təqdim etdiyi iddiasına gəldikdə, qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu həkim tərəfindən rəsmi olaraq heç bir siyahı təqdim olunmayıb. Bununla bağlı həkim T. Mirzəyevin müraciətinə rəsmi cavab verilib və cavabda siyahının təqdim olunması qeyd edilib. Bu günədək T.Mirzəyev Analitik Ekspertiza Mərkəzinə hər hansı bir siyahı təqdim etməyib”,- deyə məlumatda qeyd edilib.

“Əlavə olaraq, stomatoloqların siyahısını dəqiqləşdirmək üçün T.Mirzəyev AEM-ə dəvət olunub və ona araşdırma aparılması üçün rəsmi müraciət edilməsinin və siyahının təqdim olunmasının vacibliyi bildirilib. Əməkdaşlarla görüş zamanı T.Mirzəyev bildirib ki, yaxın günlərdə rəsmi olaraq müraciət edərək siyahını təqdim edəcək. Həkim T.Mirzəyev tərəfindən rəsmi müraciət olunarsa, təqdim edilən faktlar araşdırılacaq və qanuna müvafiq addımlar atılacaq.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”,- deyə qurumdan əlavə edilib.

Maraqlıdır, diplomsuz fəaliyyət göstərən stomatoloqlar insanların sağlamlığı üçün hansı təhlükəni yaradır?

Mövzu ilə bağlı elə həmin saxta stomatoloqlara qarşı ilk dəfə mübarizəyə başlayan, bununla bağlı Analitik Ekspertiza Mərkəzinə müraciət edən İmplantoloq Tural Mirzəyev Trend-ə bildirib ki, diplomsuz həkimlərin fəaliyyətindəki birinci təhlükəli məqam hepatit C, B kimi, AİDS (Qazanılmış İmmun çatışmamazlığı sindromu) kimi xəstəliklərin yayılmasıdır.

“Çünki diplomsuz şəxslərin heç bir halda sterilizasiyadan anlayışı olmur. Yəni, adamın təhsili yoxdursa, sterilizasiyadan anlayışı ola bilməz. Onların öz ətrafında çalışdırdığı insanların da sterilizasiyadan anlayışı olmur. Yəni, işləməyə də özlərinə uyğun insanlar seçirlər.

İkinci məsələ isə ağırlaşmalardır. Ağırlaşmalar hansılar ola bilər? Bu adamlar uşaqlarda diş müalicə edilir və ya breket qoyulur. Bildiyimiz kimi, uşaq orqanizmi inkişaf dövründə olur. İnkişaf dövründə orqanizmdə qeyri-peşəkar müdaxilənin törətdiyi ağırlaşmaları heç cür düzəltmək olmur, çox çətindir. Demək olar ki, mümkün deyil. İnkişaf dövründə səhv aparılan müalicə bizim genefondumuza böyük ziyan vurur”, - o əlavə edib.

Həkim qeyd edib ki, ikinci məsələ isə diş qapaqları, implantasiya ilə bağlıdır.

“Bunların da öz ağırlaşmaları var. Hətta implantasiyada olan ağırlaşmalarda, implantı qoyan şəxslərin ağız boşluğu cərrahiyyəsindən anlayışı olmur. Və bunun nəticəsi olaraq insan çənə sümüyündə geriyədönməz proseslər baş verə bilər, sinir zədələnməsi ola bilər hətta görmə qabiliyyətini belə itirə bilər. Yəni, infeksiya gözə doğru gedə bilər. Səhv müalicənin, qeyri-steril şəraitdə işləməyin nəticəsi olaraq insan orqanizminə böyük ziyanlar vurulur.

Məsələn, siz gedirsiniz bir stomatoloqun yanına, onun qeyri-peşəkar müalicəsinin nəticəsində diş köklərində iltihabi proseslər baş verə bilər. Nəticə etibarilə sizin orqanizminizə etdiyiniz yatırım sizə daha çox ziyan vurur. Diş köklərinin qeyri-peşəkar müalicəsindən sonra orada kistalar əmələ gəlir. Qoyulan qapaqlar bir-iki ildən sonra sökülür, yenidən iş görülməli olur. Belə stomatoloqlar sizə həm maddi, həm də sağlamlıq cəhətdən ziyan vurur. Amma ən əsas təhlükə sağalmayan infeksiyaların yayılmasıdır”,- deyə həkim əlavə edib.

Eyni zamanda o qeyd edib ki, ilkin olaraq 25 nəfərin siyahısını hazırlayıb yaxın günlərdə Analitik Ekspertiza Mərkəzinə göndərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Yanvar 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see141

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see139

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see135

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see116

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see116

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri