Icma.az
close
up
RU
Klinik sınaq: Hüceyrə terapiyası bərk şişlərə qarşı ümidverici nəticələr göstərib

Klinik sınaq: Hüceyrə terapiyası bərk şişlərə qarşı ümidverici nəticələr göstərib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

Çində aparılan yeni bir klinik sınaq müalicəsi çətin olan bərk şişlərə qarşı CAR-T (kimerik antigen reseptoru olan T hüceyrələri) immunoterapiyasının ümidverici nəticələr verdiyini göstərib. Bu terapiya, xüsusilə mədə xərçəngi olan xəstələrdə sınanaraq standart müalicələrlə müqayisədə sağ qalma müddətində əhəmiyyətli artım nümayiş etdirib.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, CAR-T terapiyası zamanı xəstənin özündən alınan T hüceyrələri genetik mühəndisliklə dəyişdirilərək xərçəng hüceyrələrini tanıyan xüsusi zülalları ifadə etmək qabiliyyətinə malik olur. Sonra bu hüceyrələr xəstəyə geri infuziya edilir. Bu metod daha əvvəl qan xərçəngi növlərində uğurla tətbiq olunub. Lakin bərk şişlər, xüsusilə də mədə-bağırsaq traktında yerləşənlər CAR-T terapiyasına qarşı daha az həssas olub. Avstraliyanın Oliviya Nyuton-Con Xərçəng Araşdırma İnstitutunun mütəxəssisi doktor Liza Myelke bildirir: “Bərk şişlər adətən CAR-T hüceyrə terapiyasına zəif cavab verir. Lakin bu sınaq yeni yanaşmanın bu cür şişlərə qarşı potensialını ortaya qoyur və gələcək müalicə strategiyalarının optimallaşdırılması üçün əsas verir”.

Sınaqda istifadə edilən CAR-T hüceyrə terapiyası “satricabtagene autoleucel” (qısaldılmış adı ilə satri-cel) - “CLDN18.2” adlı molekulu hədəf alır. Bu molekul mədə-bağırsaq şişlərində yüksək səviyyədə ifadə olunur. Klinik sınaqda 18–75 yaş aralığında, CLDN18.2 pozitiv olan və əvvəlki iki müalicə kursuna cavab verməmiş 156 xəstə iştirak edib. Bu şəxslərdən 88-i satri-cel müalicəsi alıb, qalan 52 nəfər isə standart terapiyalarla müalicə olunub. Sınaq zamanı satri-cel terapiyası, müalicənin effektivliyini artırmaq üçün immunosupressiv rejimlə birgə tətbiq olunub. Bu strategiya qeyri-spesifik immun hüceyrələrinin müvəqqəti olaraq azaldılmasına yönəlib və bu, T hüceyrələrinin şiş toxumasına daha effektiv hücum etməsinə şərait yaradıb. Alınan nəticələr, CAR-T hüceyrə terapiyasının yalnız qan xərçəngi növləri ilə məhdudlaşmayaraq, bərk şişlərə qarşı da effektiv ola biləcəyini göstərir. Tədqiqatçılar terapiyanın daha geniş miqyasda sınaqdan keçirilməsini və müalicə protokollarının təkmilləşdirilməsini zəruri hesab edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 05:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri