Icma.az
close
up
RU
Folklor İnstitutunun direktoru Qarabağ Universitetində keçirilən konfransda çıxış edib

Folklor İnstitutunun direktoru Qarabağ Universitetində keçirilən konfransda çıxış edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzusunda çıxış edib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəfləri və prioritet istiqamətlərinə nəzər yetirən alim vurğulayıb ki, dövlət proqramında əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun bərpası, sosial xidmətlərin və İnsan kapitalının inkişaf etdirilməsi, mədəni irsin qorunması və turizmin inkişafı kimi hədəflər müəyyən olunub.

Qarabağ və Şərqi Zəngəzurun 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmasının təkcə fiziki infrastruktura deyil, mədəni-mənəvi sferaya da böyük ziyan vurduğunu qeyd edən Hikmət Quliyev fiziki qayıdışın mədəni qayıdışla tamamlanmasının zəruriliyini vurğulayıb. “Böyük Qayıdış prosesi təkcə tarixi torpaqlara fiziki qayıdışı deyil, həm də mədəni qayıdışı – yaddaşa, tarixə və milli kimliyə dönüşü özündə ehtiva edir” deyən alim fiziki dağıntılar səbəbindən folklor yaddaşının maddi izlərinin itməsi, ənənəvi yaddaş daşıyıcısı olan yaşlı əhalinin dünyasını dəyişməsi, yeni nəsillə folklor yaddaşı arasında semantik boşluqların yaranması, bütövlükdə kollektiv mədəni yaddaşın unudulması kimi problemləri vurğulayıb.

Alim qeyd edib ki, kollektiv yaddaşın tərkib hissəsi olan mədəni yaddaş, əslində, “mənanın ötürülməsi”ni, davranış, düşüncə, ünsiyyət və nəsnələrlə bağlı olan kollektiv hafizəni özündə ehtiva edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri