Paşinyan ordunu separatçılardan təmizləməyə başlayıb?
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə Karen Qriqoryanı ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsindən azad edib. İşdən çıxarılmanın səbəbləri açıqlanmır".
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" qəzetinin dərc etdiyi materialda bəhs edilir.
"Xatırladaq ki, ötən gün jurnalistlərin suallarını cavablandıran Nikol Paşinyan silahlı qüvvələrdə kadr dəyişiklikləri həyata keçirmək niyyətini bəyan edib, lakin baş qərargahın rəis müavininin işdən çıxarılması ilə bağlı prezidentə etdiyi təklifin səbəbini açıqlamayıb.
Karen Qriqoryan bu vəzifəyə 14 fevral 2024-cü ildə təyin edilib. Bundan əvvəl o, silahlı qüvvələrin mühəndislik qoşunlarının rəisi vəzifəsində çalışıb. Əldə etdiyimiz məlumatlara görə, Karen Qriqoryan, daha əvvəl "Hraparak" qəzetinin xəbər verdiyi kimi, Vanadzorda keçirilən məşhur ziyafətdə də iştirak edib. Mənbəmizin qeyd etdiyi kimi, Qriqoryan "Artsax"dandır, döyüş yolu keçən təcrübəli hərbçidir və hərbi rəhbərliyin sistemdə hamının hörmətini qazanan azsaylı nümayəndələrindən biridir. Mənbəmizin məlumatına görə, hakimiyyət yaxın zamanda daha bir neçə yüksək rütbəli hərbçini tutduqları vəzifələrindən azad etmək və onları peşəkarlıq və təcrübə baxımından sələflərindən geri qalan kadrlarla əvəz etmək niyyətindədir", - deyə yazıda qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















