Icma.az
close
up
RU
DİQQƏT! Bu tarixdə mal ətinin qiyməti 20 manat olacaq AÇIQLAMA

DİQQƏT! Bu tarixdə mal ətinin qiyməti 20 manat olacaq AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycanda ətin qiymətinin bahalaşmasını şərtləndirən bir çox amillər var. Birinci növbədə iri və xırda buynuzlu maldarlıq təsərrüfatlarının sayının azalmasıdır. İkinci isə yem və digər qidaların idxal edilməsi və bahalaşmasıdır”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, idxaldan asılılıq nəticə etibarilə yerli təsərrüfatlara öz mənfi təsirini göstərir:
“Bununla yanaşı, bir sıra təsərrüfat xərclərinin artması, biçin üçün nəzərdə tutulmuş ərazilərin həcminin azalması da var. Örüş yerlərinin olmaması nəticə etibarilə də iri və xırda buynuzlu maldarlıq təsərrüfatlarının sayını azaldır. 
Digər bir səbəb isə kiçik yaşlı heyvanların kəsimə göndərilməsidir ki, bu da ölkədə maldarlığın və buynuzlu heyvan təsərrüfatlarının artmasını ləngidən bir prosesdir. Təbii ki, bütün bu amillər nəticə etibarilə Azərbaycanda ətin qiymətinin bahalaşmasına səbəb olur. Gözlənilən odur ki, qış aylarında yem və digər təsərrüfat xərclərinin bahalaşması və təminatla bağlı çətinliklər artdıqca, fermerlərin də xərcləri yüksələcək. Qış mövsümündə maldarlıq təsərrüfatlarının bəslənməsi üçün lazım olan xərclərin artması səbəbilə, ətin qiymətində bahalaşma gözləniləndir”.

Ekspert diqqətə çatdırıb ki,hazırda 10-15% civarında bir artım gözlənilir:
“Lakin bu artım qışda bir qədər də sürətlənə bilər. Böyük ehtimalla mal ətinin qiyməti yanvar ayına qədər 20 manata qədər yüksələcək. Bundan sonrakı proseslər isə birbaşa idxalla bağlı olacaq. Çünki Azərbaycan son iki ildə mal əti idxalını 2,5 dəfədən çox artırıb. 
Xarici bazarlarda valyuta dalğalanmaları, qiymətlərin dəyişməsi və bahalaşma baş verərsə, bu da Azərbaycandakı qiymətlərə birbaşa təsir göstərəcək. Əgər hər hansı bir fors-major hal baş verməzsə, qiymətlərin kəskin sıçrayışla artacağı gözlənilmir. Yəni, 30 manat olmayacaq, amma yaxın aylarda mal ətinin qiymətinin 20 manata qədər yüksəlməsi ehtimalı yüksəkdir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri