Icma.az
close
up
RU
“Diqqət mərkəzində olmaqdan ötrü teatrda çalışan insanlar qalmaqala meylli olurlar” ÖZƏL

“Diqqət mərkəzində olmaqdan ötrü teatrda çalışan insanlar qalmaqala meylli olurlar” ÖZƏL

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Məni sənət aləmində narahat edən heç bir məqam yoxdur. Teatrda fəaliyyətim, yeni tamaşalarım, məşqlər, yaradıcı mühit ilə gənclərin sevgi dolu teatr sevdası məni daha da fərəhləndirir. Kino, serial sektorunda görünməməyimin səbəbi həm mənəm, həm də mən deyiləm. Kinematoqrafiyamda kifayət qədər filmlərim var. Unutmayaq ki, Azərbaycan istedadlar yurdudur. Hər bir uğurlu layihələrə sevinirəm”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru Elnur Kərimov deyib. O daha teatr qalmaqalları ilə bağlı suala belə cavab verib:

“Əslində teatr yaradıcı mühitdir. Teatr yox, teatrda çalışan insan xisləti qalmaqala meyilli olur. Bu kimi hadisələrin teatrla heç bir bağlılığı yoxdur. Bunun səbəbi isə yalnız diqqətsizlikdən əziyyət çəkən bir sıra insanların diqqət mərkəzində olmaq istəyidir. Qalmaqal, intriqa insanın mövcud olduğu hər yerdə var. Ola bilsin bu sahənin adını çəkərək fikirləri özlərində kənara yönəldirlər. İnsan elə bir varlıqdır ki, qarşısına məqsəd və hədəf qoyaraq, ona doğru addımlayır. Mən teatr və kino, hətta aparıcı olaraq fəaliyyət göstərmək üçün məqsədə və hədəfə doğru addımlayıram. Amma bu yolda insanlığını itirməməlisən. İnsanların bu sahəyə marağı olmağının səbəbi fərqli ola bilər. Onların hamısına hörmətlə yanaşıram. Amma teatra təsadüfi insanlar az sayda gələ bilər. Səbəb isə canlı sənət olmasıdır” deyə sənətkar bildirib.

“Bu gün müğənni sənəti daha əziyyətsiz görünür. Heç həsəd aparmısızmı kaş müğənni olardım aktyor yox?” sualına aktyor belə cavab verib:

“Ruzini yetirən Allahdır. İnsan özünü bu sahədə xoşbəxt hesab edir. Mən onu düşünmürəm, çünki ruzimi Allah yetirir. Təəssüflənmirəm, çünki mən öz düşüncə və fikrimi kənara deyil, özümə fokuslayaraq öz işimə sevgimi göstərirəm. Özümə vaxt ayırıram. Özümü təkmilləşdirirəm. Özümü kitab və filmlərlə qidalandırıram. Müğənni və aktyor sənəti incəsənət və mədəniyyət ailəsinin fərqli qollarıdır. Aktyorlar təhsil alarkən bütün sahələrin təhsilini alırlar. Tamaşada və yaxud hər-hansı bir obraz yaradarkən lazım gələrsə ifa etməyi bacarmalıdırlar. Mən vokal, musiqi, rəqs, idman, nəfəs alətlərində ifa etmək bacarığımı formalaşdırmışam. Bu mənə lazımdır. Sənətkarın həyatını araşdırarkən çox fərqli məqamları görürük” deyə aktyor bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Mart 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri