Icma.az
close
up
RU
Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəlif marka və saysız sayda rəng çalarları vardır.

Lakin boyalardan uzun zaman istifadə etdikdən sonra, bir çox xanımlar dırnaqlarının  pisləşməsini müşahidə edirlər. Zamanla dırnaqlar zəif, rəngsiz və tez qırılmağa meyilli olurlar. Bəs, hər həftə istifadə etdiyimiz bu boyaların tərkib hissəsindən xəbərdarsınızmı?

Boya aldıqda çalışın onun tərkib hissəsi haqda məlumatı oxuyasınız. Yadda saxlayın, boyalarda ən təhlükəli maddələr - toluol, formaldeqid və ftalatlardır. Bunlar orqanizmdə toplanan və çıxarılması mümkün olmayan toksik maddələrdir.

Formaldeqidlər - boyaya kəskin spesifik qoxu verən maddələrdir ki, onları uzun zaman qoxladıqda baş ağrısı, ürəklə əlaqədi problemlər və sinir pozğunluqları yarana bilir. Bundan əlavə onlar dırnaqların həddən artıq qurudulmasına səbəb olub, nəticədə dırnaqları  zəif və tezsınan edir.

Toluol - bu maddə, boyanın tez qurumasını və dırnaqda yaxşı saxlanılmasını təmin edir. Lakin bu çox güclü konserogen maddədir. Həmçinin bir çox ucuz və keyfiyyətsiz boyaların tərkibində çox miqdarda spirt və aseton olur ki, onlar dırnaqların qurumasına səbəb olurlar.

Bu məqalədən belə nəticəyə gələ bilərsizni ki, boyalardan istifadə orqanizm üçün ziyandır. Təibi ki bu belədir, lakin, artıq satışda "toluolsuz" boyalar da vardır. Çalışın belə boyalardan istifadə edin və ən əsası isə zamanla dırnaqlarınıza istirahət verin. Müxtəlif qoruyucu və qidalandırıcı rəngsiz boyalar vardır ki, onlar  vitamin və minerallarla zəngin olub, dırnaqların profilaktik müalicısi üçün istifadə edilir.

Həmçinin dırnaqlarınız üçün müxtəlif  tərkibli  vannalar da çox xeyirlidir. Sizə bir neçə resept təqdim ediri:

Dəniz duzlu möhkəmləndirici vanna.

1 x/q dəniz duzu  və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi bu suda 10 dəqiqə saxladıqdan sonra, qurulayıb, qidalandırıcı krem sürtməniz məsləhət görülür.(dəniz duzu yoxdursa, adı xörək duzu da istifadə etmək olar)

Yağlı vanna.

1/2 stəkan bitki yağı və 1/2 alma sirkəsini qarışdırıb(yağı biraz qızdırmanız məsləhət görülür), 15 dəqiqə saxladıqda sonra salfet və ya yumuşaq dəsmalla qurulayın.

Vitaminli vanna.

1/4 stəkan günəbaxan yağı, 5-6 damcı A vitamini, 3 damcı yodu qarışdırın. Bu vanna da əlləri 20-25 dəqiqə saxlayın sonra eyni qaydada qurulayın. Belə vannanı həftədə 2 dəfə qəbul etdikdə, dırnaq və əl dərisi  lazımı vitamini alacaq.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri