Icma.az
close
up
RU
Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlər...

Dırnaqların ev şəraitində bərkidilməsi üçün effektli məsləhətlər...

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Dırnaqlara ev şəraitində,salon prosedurları olmadan lazımı qulluq göstərmək mümkündür yoxsa yox kimi suala cavab vermədən öncə, dırnağın struktur və tərkibinin nədən ibarət olduğunu öyrənək.

Dırnaq  plastinası - arasında nazik yağ və su qatı olan keratin təbəqələrindən ibarətdir. Bu qatların balansı, sağlam və gözəl dırnaqlara cavabdehdir. Əgər dırnaqlar qurudulub və yağ qatı azalıbsa, o zaman onlar tez sınan olacaqlar. Su ilə kontakt çox olduqda isə, dırnaq plastinası suyu özünə hopur,dırnaq qatı şişir və qatlanır. Əlbəttə endokrin sistemin pozğunluqları da dırnağın vəziyyətinə təsir edir, lakin kimyəvi və mexaniki zədələnmə birinici yerdədir.

Dırnaqları necə möhkəmləndirmək olar?

- İlk öncə çalışın su, kimyəvi vasitələrlə kontaktda az olun. Qabları yalnız əlcəkdə yumaq məsləhət görülür. Qədim zamanlardan işlənnən sodalı vanna məsləhətlərinin də bir o qədər effektiv olmadığını bilin.

- Ev manikuru üçün yüksək abrazivliyi olan şüşə pilkalardan istifadə edin.(220 qrit) Dırnaqların qıraqlarını pilkalamayın, o zaman dırnaq plastinası zədələnir və dırnaq tez sınır.

- Daim nəmləndirici kremlərdən istifadə edirn.Dırnaqlar daim qidaya ehtiyac duyduğundan, çalışın yüksək tərkibli  A, E vitamini və lanolin olan kremlərə üstünlük verin.

- Şelak və dırnaqların süni yolla uzadılmasından uzaq olun. Süni materiallar və daimi korreksiya dırnaqların strukturuna çox mənfi təsir edir.

- Boya  seçiminə gəldikdə isə, qidalandırıcı, qoruyucu və tərkibində vitamin olan rəngsiz laklardan istifadə etmək məsləhət görülür. Rəngli boylardan isə tərkibində toluen, formaldeqid və dibutilftalat maddəsi olmayan  boyaları istifadə etməniz məsləhət görülür.

Dırnaqlar qatlanırsa(laylanırsa) nə etməli?

Buna səbəb əvəz olunmaz yağ turşularının çatışmazlığı ola bilər. Bu hallarda əsasən qida rasionuna fikir vermək( bitki yağlarında daha çox istifadə etmək) və dırnaqlar üçün yağ vannaları  etmək məsləhət görülür.

Dırnaqlar tez sınır?

Buna səbəb  hipotirioz(qalxanvari vəz funksiyasının aşağı olmas) və ya qanda hemoqlobininn səviyyəsinin aşağı olması ilə bağlı ola  bilər. Bu hallarda isə,  göyərti(xüsusən ispanaq) , turp və kələm kimi məhsulları rasiona daxil etmək və endokrionoloqla məsləhətləşmək lazımdır.

Dırnaqlar gec uzanır?

Güclü stress, xroniki iltihabi xəstəliklər və protein çatışmazlığı buna bir başa səbəbdir. Bu hallarda da qida rasionunuzu gözdən keçirtməniz məsləhət görülür.Çünki,  əsasən zülal  çatışmazlığı bu kimi problemin başlıca səsəbidir. Bundan əlavə əllər üçün gimnastik hərəkətlər etmək məsləhətdir, belə ki, bu halda yerli qan dövranı yaxşılaşaraq, dırnaqların inkişafını stimullaşdırır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri