Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
C vitamini çatışmazlığı sağlamlığa ciddi təsir göstərir.
Medicina.az xəbər verir ki, dietoloq Yelena Suxanova bu qida maddəsinin çatışmazlığının əsas əlamətlərini sadalayıb.
Əgər keratoz (qabarcıqlar), baş dibində parlaq qırmızı follikullar, saç tökülməsi, göyərmə meyli, yaraların gecsağalması və ya qanayan diş ətləri müşahidə etsəniz, bədəninizdə kəskin C vitamini çatışmazlığı riski yüksəkdir.
"Çatışmazlıq simptomlarına diş tökülməsi, dəmir defisiti anemiyası, qırışlara meylli dəri və genişlənmiş məsamələr, ayaqların altında ağrı, kəskin respirator infeksiyalara həssaslıq, yorğunluq, qıcıqlanma və zəiflik də daxildir".
Məsələni daha da çətinləşdirən odur ki, C vitamini suda həll olması, yəni bədənin onu sidiklə tez xaric etməsidir.
C vitamini bədəndə yığılmır və öz-özünə sintez olunmur. Bu o deməkdir ki, onun ehtiyatları daim xaricdən - pəhriz və ya hədəflənmiş əlavələr vasitəsilə doldurulmalıdır.
C vitamini çatışmazlığına ən çox həssas olan insanlara siqaret çəkənlər (yalnız bir siqaret C vitamininə olan gündəlik tələbatı tamamilə məhv edə bilər), tez-tez pəhriz saxlayanlar və diabet xəstələri daxildir.
Nikotin kimi, alkoqol da bədəndən C vitaminini tükəndirir. Şirniyyat yemək də C vitamini səviyyəsinə mənfi təsir göstərir.
Aygün Musayeva
Baxış sayı:191
Bu xəbər 11 May 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















