Dişi ağrıyan şəxs mağazada bir butulka araq içdi, pulunu vermədi Dava düşdü
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvanda dişi ağradığı üçün bir butulka araq içən şəxs dava salıb.
Hadisə Naxçıvan şəhərindəki Nizami küçəsində yerləşən ərzaq mağazasında baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü N.Həsənov dişi ağrıdığı üçün bir butulka arağı və bir ədəd enerji içkisini mağazanın vitrinindən götürərək içib.
Daha sonra o, boş butulkanı mağazanın kassirinə təqdim edərək, üzərində pul olmadığını və borcunu sonra verəcəyini deyib.
Amma kassir onunla razılaşmayıb. N.Həsənov bu səbəbdən mübahisə etməyə, söyüş söyməyə və səs-küy salmağa başlayıb.
Polis tərəfindən saxlanılan N.Həsənov etdiyi əmələ görə peşman olduğunu, mağazada içdiyi içkidən sərxoş olduğu üçün bilmədən belə bir hərəkət etdiyini deyib.
Məhkəmənin qərarı ilə N.Həsənov 12 gün müddətinə inzibati qaydada həbs olunub.
\\Qaynarinfo.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 23 Noyabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















