Dişini çəkdirən qadın vəfat edib: Həkim səhvi, yoxsa...?
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda dişini çəkdirdikdən sonra vəziyyəti ağırlaşan 1981-ci il təvəllüdlü Leyla Əhmədova sentyabrın 6-da dünyasını dəyişib.
Mərhumun yaxınları hadisənin diş çəkilişi zamanı yol verilən səhvlərlə bağlı olduğunu iddia edir. Hazırda məsələ ilə bağlı TƏBİB və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hadisə stomatoloji müdaxilələrin nə qədər təhlükəsiz olduğu və adi hesab edilən diş çəkilişindən sonra hansı ağırlaşmaların yarana biləcəyi sualını gündəmə gətirib.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, belə hallarda ölümün səbəbini müəyyənləşdirmək üçün bütün ehtimallar araşdırılmalıdır:
"Əlbəttə, bu situasiya araşdırılmalıdır. Söhbət ondan gedir ki, burada çoxlu faktorlar ola bilər. Məsələn, iynənin tərkibində olan hər hansı maddəyə, anestezikə, yaxud dişə vurulan digər maddələrə qarşı anafilaktik şok, güclü allergik reaksiya ola bilər. Yaxud həmin şəxsdə qorxudan stress yarana bilər. Həmin müddətdə ürək çatışmazlığı, insult, tromboemboliya baş verə bilər. Çünki təsir həmin dövrə düşüb”.

Professor qeyd edib ki, konkret səbəbi müəyyənləşdirmədən hadisənin birbaşa stomatoloji müdaxilə ilə əlaqələndirilməsi düzgün yanaşma deyil:
"Buna görə də məsələ araşdırılmalı və bundan sonra dəyərləndirilməlidir. Əslində, bu halda mütləq autopsiya olunmalıdır. Bunu məhkəmə-tibbi ekspertiza müəyyən etməlidir. Belə bir ölüm baş veribsə, qəfil ölüm halıdırsa, dərhal araşdırılmalıdır, səbəbi bilinməlidir. Çünki insanlar da bilməlidirlər ki, burada səbəb nədir”.
Adil Qeybulla bildirib ki, bəzi ürək-damar problemləri və tromboemboliya kimi hallar insanın gündəlik həyatının istənilən anında ağır nəticə ilə nəticələnə bilər:
"Həmin insan, məsələn, tromboemboliyası olan şəxs küçədə də, evdə də, yolda da, televizora baxarkən də dünyasını dəyişə bilər. Yaxud ürək çatışmazlığı keçirən insanın vəziyyəti yataqda da, evdə oturarkən də pisləşə bilər. Ona görə bu məsələ araşdırılmalıdır. Heç bir şey demək çətindir. Amma hesab edirəm ki, bizdə təəssüf ki, insanlar meyitin yarılmasına razı olmurlar, ekspertizanın aparılmasına imkan vermirlər. Buna görə də bir çox hallarda həmin situasiya bizim üçün sirr olaraq qalır. Tam situasiyanı dəyərləndirmək mümkün olmur və nəticədə yalnız həkimə yönəlmiş ittihamlar irəli sürülür”.
A.Qeybulla qeyd edib ki, mümkün tibbi səhvin olub-olmadığını müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizanın nəticələri mühüm əhəmiyyət daşıyır:
"Amma bunun haqsız olmaması və bu cür ittihamların da qarşısının alınması üçün dünyasını dəyişmiş şəxsin yaxınları üçün də vəziyyətin aydın olması vacibdir. Buna görə də əslində autopsiya aparılmalıdır. Autopsiya dövlətin səlahiyyətində olan məsələdir. Burada iradə ortaya qoyulmalıdır və bununla bağlı qanuni, hüquqi mexanizmlər olmalıdır. Hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki hər bir vətəndaşın arxasında dövlət dayanır və hər hansı belə situasiyada autopsiyanın aparılması şərtdir. Ona kimsə müdaxilə edə bilməz”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Sentyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















