Icma.az
close
up
RU
Dispanserizasiya da, vaksinasiya da vacibdir

Dispanserizasiya da, vaksinasiya da vacibdir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Bakı şəhəri üzrə yanvar-fevral aylarında 125 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub. Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

"Uşaqların icbari dispanserizasiyası çərçivəsində 2025-ci ilin yanvar-fevral ayları ərzində Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 125357 uşaq ilkin müayinələrə cəlb olunub. Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin 31 orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı mütəxəssislər iştirak edib. Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub. Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir. İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır. İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə davam etdirilir",- deyə məlumatda qeyd edilib. 


İcbari dispanserizasiya ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlığının qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən prosesdir. Əlaqədar strukturların prosesin icra olunmasına yönəldilməsi, uşaqların icbari dispanserizasiyadan kənarda qalmaması, daha çox uşağın prosesə cəlb edilməsi, əhalinin, o cümlədən uşaq, yeniyetmə və gənclərin sağlamlığının qorunmasının Azərbaycan dövlət siyasətinin prioritetləri arasında olduğunu göstərir. Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi gələcək nəslin sağlam təməlinin qoyulmasıdır. Ümumiyyətlə, uşaqların sağlamlığına, sosial təminatlarına yönəlik addımlar dövlət siyasətinin başlıca prinsipləri sırasındadır. Bunu uşaqlara yönəlik sosial layihələrin icrasında da görürük. 2025-ci ilin yanvar-fevral ayları ərzində 15 925 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib. DSMF-nin məlumatına görə, müavinət ödənişləri 7 410 nəfər qız, 8 515 nəfər oğlan uşağına görə aparılıb. Bundan başqa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu məsələ “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə Milli Məclisin təsdiqlədiyi qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şamil olunmayacaq. Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Qanundan göründüyü kimi, birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir. Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da, vətəndaş məmnunluğunun artırılması məqsədilə qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb. 

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında uşaq və yeniyetmələrin sağlamlığı, sosial təminatı istiqamətində atılan addımları müsbət qiymətləndirərək, icbari dispanserizasiaynın vacib olduğunu söylədi: 


- Dispanserizasiya vacibdir, çünki uşaqda hər hansı xəstəlik, səhhətində hər hansı problem varsa, ümumi tibbi yoxlanlş zamanı aşkarlanır. Və xəstəlik dərinləşmədən qarşısını almaq daha asan olur. Uşaqlarımız sağlam olmalıdır, bu, birmənalıdır. Ona görə də heç kim övladını nə dispanserizasiyadan, nə də peyvənddən kənar saxlamalıdır. Uşaqların peyvənddən bəzən kənar qalmasının əsas səbəbkarı valideyndir. Sovet vaxtı immunizasiya məcburi idi və dövlətin strateji məqsədlərinə daxil idi. O zaman uşaqlarını peyvənddən kənar saxlayanlara qarşı ciddi tədbir görülürdü. Təzyiq edilirdi ki, uşaqlar mütləq peyvənd olunmalıdır. İndi insan hüquqları, könüllülük prinsipinə üstünlük verilir. Peyvənddən imtina edən valideyn iltizam ərizəsi yazır, bununla da, yaxasını kənara çəkir. Yəni sabah hansısa xəstəlik və ya ölüm halı baş versə, məsuliyyət valideynin üzərində qalır. Amma məsələnin bir başqa vacib tərəfi də var axı. Peyvəndlənməyən uşaq da bağçaya gedir, məktəbə gedir və onun başqa uşaqları yoluxdurma ehtimalı böyükdür. Görürsünüz, bağça yaşlı uşaqlar, məktəb şagirdləri tez-tez xəstələnir. Bunun bir səbəbi də vaxtında lazımi peyvəndlərin vurulmamasıdır. Valideynlər peyvənddən, “ilan vuran” kimi qorxurlar. Doğum evində körpəyə nə vuruldu, vuruldu. Doğum evindən çıxdısa, qurtardı. Peyvənd yada düşmür. Halbuki uşaqların peyvəndlənməsinin Səhiyyə Nazirliyi tərəfindən təsdqilənmiş xüsusi qrafiki var. Qrafik üzrə də peyvəndləmə aparılmalıdır. Uşaqları peyvənddən yayındırırlar, sonra da ah-vay edirlər ki, uşağımız xəstələnir. Xəstələnəcək də, çünki bağçada, məktəbdə də peyvənd olunmamış onun kimi onlarla uşaq var. Hamı bir-birini yoluxdurur.  Yoluxucu xəstəliklərə qarşı ən effektiv üsul peyvənddir, bundan başqa, hansısa üsul hələ ki tapılmayıb. Qızılca, göy öskürək çox təhlükəli xəstəliklərdir. Bunların qarşısını ancaq peyvəndləmə ilə almaq mümkündür. Bəzi valideynlər cahillikdən uşaqlarını peyvənddən uzaq saxlayır. Əhali arasında maarifləndirmə işi güclənməlidir, başa salınmalıdır ki, peyvənd vacibdir. Əhaliyə çağırış edilməlidir. Əyalətlərdə vəziyyət daha pisdir. Valideynlər niyə qorxur, çünki uşağa peyvənd vurulanda bəzən halı dəyişir, qızdırması qalxır və sair. Həkim başa salmalıdır ki, niyə belə hal baş verir və valideyni məlumatlandırmalıdır. Peyvənd yad zülaldır. O, orqanizmə yeridiləndə müəyyən qədər mənfi təsir göstərməsi təbiidir. Amma bu təsir qısamüddətli, uzaqbaşı, 3 sutka davam edir. Bəzən yerli əlamətlə özünü göstərir, iynənin yeri qızarır, qaşınır, tez də keçir. Bəzən də orqanizm daxilində hansısa mənfi hal baş verir, adətən qızdırma olur. Bu da qısa müddətdə ötüb keçir. Hər bir pediatr “öz uşağını” tanımalıdır. Sahə həkimləri xüsusilə. Həkim bilməlidir, körpənin hansı problemləri var, hansısa xəstəliklər keçirib, ya yox. Vaksinasiyanı da buna müvafiq aparmalıdır. Sahə həkimləri, ailə həkimləri də valideynlərə vaksinasiyanın, dispanserizasiyanın xeyrini başa salmalı, məcbur etməlidirlər ki, uşaqları peyvənd etdirsinlər, ümumi tibbi müayinədən keçirsinlər. Uşaqların sağlamlığı bundan çox asılıdır.    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri