Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Distant təhsil müəllimlə tələbənin monitor arxasında əyləşməsi DEYİL

Distant təhsil müəllimlə tələbənin monitor arxasında əyləşməsi DEYİL

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə yeni dövlət standartı qəbul edib.

AZSTAND-ın yaydığı məlumata görə, bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir və bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir.

Yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.

Ekspertlər deyir ki, bu standartın qəbul olunması hazırda xarici ali məktəblərdən distant formada alınan diplomların avtomatik tanınacağı anlamına gəlmir. Bununla belə, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri bu standart əsasında distant təhsil xidmətlərini qurmaqla beynəlxalq tələblərə uyğun fəaliyyət göstərə biləcəklər.

Standart xüsusilə əyani təhsilə davam edə bilməyən – rayonda yaşayan, xəstəliyi olan, iş həyatı ilə təhsili uzlaşdırmağa çalışan şəxslər üçün daha əlverişli təhsil imkanları yaradılmasına töhfə verəcək.

Qeyd edək ki, yeni standartın qəbul edilməsi distant təhsil formasının yaradılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyir ki, yaşadığımız dövr təhsillə bağlı yeni yanaşmalar diqtə edir:

“Təhsil hər zaman özünü inkişaf etdirən proses olduğu üçün bundan qaçmaq mümkün deyil. Dövrün tələbləri özünü ilk növbədə təhsilin üzərində həyata keçirib. İT yanaşmaları, digər formasiyalar biraz yaxından, biraz uzaqdan təhsildə öz əksini tapır. Biz bunun fərqində olmuruq. Bu gün dərsliklərə baxsaq görəcəyik ki, təhsildə mahiyyət xeyli dəyişib. Təhsil artıq əzbərlətmək yox, düşündürmək istəyir. 21-ci əsr həm də onlayn əlaqələr əsridir. Distant təhsil tədris prosesinin məsafədən təşkili deməkdir. Bu gün bütün cəmiyyətlərdə insanlar arası münasibətlər müəyyən qədər onlayn məsafədən təşkil olunursa, bu təhsildən yan keçə bilməz. Gələcəkdə bu daha da çox artacaq. Biz pandemiya dövründə bunu gördük. O dövrdə bu məcburiyyətdən yaranmışdı. Amma əmin olun ki, dünyanın bir çox ölkələrində distant təhsilə münasibət var idi, bu proses başladılmışdı”.

Ekspert qeyd edib ki, pandemiya dövründə distant təhsilə hazır olmadığımızı gördük.

"Məcburi şəkildə təhsil prosesini onlayn təşkil etmək ayrıdır, distant təhsili peşəkar səviyyədə qurmaq, təhsilin onlayn şəkildə tədrisini faydalı şəkildə həyata keçirmək ayrıdır. Mən onlayn tədrislə bağlı bir kitabla tanış oldum. Onlayn tədrisi necə qurmaq, necə faydalı almaq barədə məlumatları özündə ehtiva edirdi. Bu kitaba göz gəzdirəndən sonra mən sözün əsl yaxşı mənasında dəhşətə gəldim. Biz elə bilirdik ki, monitorun arxasında a nöqtəsində tələbə, b nöqtəsində müəllim varsa, distant təhsil var. Amma orada o qədər incəlikləri oxudum ki, sözün yaxşı mənasında təəccübləndim”.

Ekspert bildirib ki, Təhsil haqqında qanunda təhsil formaları əyani, qiyabi və distant olmaqla 3 forma göstərilir:

“İcra prosesində isə ancaq əyani və qiyabi formalar var. Distant təhsilə keçid zəruridir. Əgər zəncirin 3-cü halqası varsa, dördüncü də olmalıdır. Distant təhsil də tədrisin növbəti halqasıdır. Bir müddət əvvəl distant təhsillə bağlı standartlar təsdiq olundu, bu sevindirici haldır. Amma burada sui-istifadə hallarının olması da gözləniləndir. Distant təhsil tədris prosesinin vaxt amilinə xüsusi diqqət yetirilməsini, burada zaman amilinin qorunmasını və paralel olaraq prosesin daha faydalı olunmasını nəzərdə tutan mexanizmdir. Bir şəxs bu faydalılıq mexanizmdən imtina edəcək, sui-istifadə edəcəksə, onun haqqında nəsə deməyə ehtiyac yoxdur. O artıq öz gələcəyini, kadr kimi formalaşmasını, fərddən şəxsiyyətə uğurlu keçid mexanizmini özü məhv etmiş olur. Distant təhsildən insan niyə sui-istifadə etməlidir?!

"Sui-istifadə halları distant təhsilin əsas risklərindəndir"

E.Nuri qeyd edib ki, bu gün yetəri qədər təhsildə sui-istifadə hallarının şahidi oluruq:

“Amma təhsilin mahiyyətini duyan insanlar distant təhsili iki əlli alqışlamalıdırlar. Sui-istifadə hallarının mexanizmini müəyyənləşdirmək üçün ümumiyyətlə distant təhsilin təşkili mexanizmini öyrənməliyik. Bu gün bizim orta və ali təhsil seqmentimizdə distant təhsilin düzgün təşkili və faydalı çatdırılması ilə bağlı nə qədər şəxs biliklidir?! Dediyim kimi, distant təhsil monitor arxasında müəllim və tələbənin əyləşməsindən ibarət deyil. Orada elə incəliklər var ki, təlimlərdə keçirilməlidir. Bu mövzuda xüsusi seminarlar təşkil olunmalıdır. Bu seminarlarda qarşı tərəfin sui-istifadə mexanizmləri araşdırılmalı və qarşısının alınması yolları öyrənilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see197

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see149

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see137

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see133

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri