Icma.az
close
up
RU
“DİVAN” Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

“DİVAN” Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Ali Məhkəmədə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan olunmuş qrant müsabiqəsi çərçivəsində Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” təşkilatı tərəfindən təşkil edilən “DİVAN” Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin nəticələri elan olunandan sonra cinayət, inzibati, mülki və kommersiya istiqamətləri üzrə I, II və III yerləri tutan komandalara, həmçinin “Ən yaxşı mövqe müdafiəsi” nominasiyası üzrə seçilən iştirakçılara diplom və mükafatlar təqdim edilib.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müsabiqədə iştirak edən tələbələrin gələcəkdə peşəkar hüquqşünaslar kimi formalaşaraq ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva “DİVAN” Milli Məhkəmə Simulyasiyasının gənclərin intellektual inkişafına, peşəkar bacarıqlarının artırılmasına, hüquqi savadlılığın yüksəldilməsinə və onların cəmiyyət üçün layiqli övladlar kimi formalaşmalarına dəstək vermək məqsədilə həyata keçirildiyini deyib. Həmçinin bu cür tədbirlərin gənclərin hüquq sahəsindəki bilik və bacarıqlarını praktik müstəviyə keçirməyə, onların hüquqi düşüncə tərzinin formalaşmasına və qanunun aliliyinə hörmət ruhunun aşılanmasına xidmət etdiyini diqqətə çatdırıb.

Vəkillər Kollegiyasının üzvü İsmayıl Kəngərli qeyd edib ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası hüquqşünas tələbələrin nəzəri və praktik biliklərini artırmaq, onların natiqlik, detallarla işləmə, sübutetmə və inandırma kimi bacarıqlarını inkişaf etdirmək üçün əhəmiyyətli bir platformadır. O, müsabiqənin gənc hüquqşünas kadrların yetişməsində oynayacağı roldan danışıb və Vəkillər Kollegiyasının gənclərin inkişafına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov bildirib ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası gənc hüquqşünasların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməyə, məhkəmə proseslərinin mahiyyətini daha dərindən qavramağa mühüm töhfə verir. O bu cür təşəbbüslərin tələbələrin peşəkar hüquqşünas kimi formalaşmasında, gələcəkdə isə ədalətin təminində fəal iştirak etmələrində əhəmiyyətli rol oynadığını söyləyib.

Layihəyə dəstək göstərən hakim və təlimçilər təşəkkürnamələrlə təltif olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri