Icma.az
close
up
RU
Dmanisidə gənclər üçün Yay Düşərgəsi təşkil olunub

Dmanisidə gənclər üçün Yay Düşərgəsi təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 28 avqust, AZƏRTAC

Avqustun 25-dən 28-dək Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanda fəaliyyət göstərən “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçlığı ilə Dmanisi rayonunun Armudlu kəndində "Yay Düşərgəsi" təşkil olunub. Düşərgədə Marneuli və Rustavi şəhərlərinin, həmçinin Laqodexi, Bolnisi, Qardabani, Saqareco, Dmanisi rayonlarında fəliyyət göstərən mərkəzlərin müdavimlərinin iştirakı ediblər.

AZƏRTAC xəbər verir ki, iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alıb, rayonun tarixi abidələrini, mədəniyyət ocaqlarini ziyarət edib, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak ediblər.

Gənclər öncə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

“Yay Düşərgəsi”nin açılış mərasimində “Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov çıxış edərək düşərgənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Komitənin məsul əməkdaşı Sabit Məmmədov Gürcüstanda yaşayan gənclərimizin inkişafının Komitənin layihələrində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsi, icmalaşma prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd edib.

S. Məmmədov Azərbaycan-Gürcüstan dostluğunun tarixinə nəzər salaraq Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqillik dövründə əlaqələrimizin daha da möhkəmləndiyi və inkişaf etdiyi qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər onun öz suverenliyini, müstəqilliyini qorumaq qüdrətinin sübutu, Heydər Əliyev siyasətinin parlaq təntənəsidir.

“Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bugünkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”, - deyə S. Məmmədov vurğulayıb.

Tarixçi Alxan Məmmədov “Gürcüstan Azərbaycanlılarının tarixi”mövzusunda düşərgə iştirakçılarına mühazirə oxuyub. Mövzu ətrafında müzakirələr sual-cavab formatında baş tutub.

Düşərgənin ikinci günündı gənclər Dmanisi tarix muzeyinə səfər edərək rayonun yaranma tarixi ilə tanış olublar. Sonra rayon Milli parkında təşkilatcılar tərəfindən hazırlanmış əyləncəli proqramda iştirak ediblər.

Üçüncü günündə gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi aşıq Kamandar (Qurbanovla) görüşüblər. Aşıq Kamandar bildirib ki, Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər.

İştirakçılar Dmanisi Sionisi — Dmanisi şəhərində Patara Dmanisi kəndi yaxınlığında, üç kilsəli bazilika tipli VI əsr gürcü memarlığı abidəsinə səfər edib. Abidə 2006-cı il noyabrın 7-də Gürcüstan prezidentinin fərmanı ilə ölkə əhəmiyyətli daşınmaz mədəniyyət abidəsi kateqoriyasına layiq görülüb. Burada gənclər qədim insanların məskunlaşdığı və arxeologi qazıntilar zamanı tapılan məişət əşyaları ilə tanış olublar.

Poqrama uyğun olararq vəkil Əli Bədirov “Gürcüstan qanunları və Konstitutiyası” mövzusunda mühazirə oxuyaraq ölkənin ali qanunvericiliyi haqqında düşərgə iştirakçılarına ətraflı məlumat verib.

Sonda Dmanisi yay düşərgəsində təlim və əyləncə proqramlarında fəal iştiraklarına görə gənclərə sertifikatlar təqdim edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see314

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see310

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see247

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see246

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see238

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see236

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see231

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see226

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see222

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see221

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see219

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see217

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see215

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see212

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see212

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see199

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see196

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see194

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri