BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi təşkil olunacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 25-30-da Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “GeoCamp” tələbə yay düşərgəsi təşkil olunacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, düşərgə BDU və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, universitetin Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, AT-Geotech MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçiriləcək.
Düşərgə çərçivəsində iştirakçılar süxur və mineral nümunələrini yaxından öyrənmək, geologiyanın müxtəlif istiqamətləri üzrə müşahidə və tədqiqatlar aparmaq, praktiki geoloji fəaliyyətlərə qoşulmaq, həmçinin təlim və seminarlarda iştirak etmək imkanı qazanacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 13 Avqust 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















