Icma.az
close
up
RU
Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub

Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycanın ABŞ-dəki səfirliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub.

12 gün davam edəcək düşərgə ADA, Xəzər və Azərbaycan Tibb universitetlərində ingilis dilində təhsil alan, yüksək akademik göstəricilərə malik 10 şəhid övladı iştirak edib.

Düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun sponsorluğu və ADA Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.

İyulun 22-də düşərgə iştirakçıları Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimlə görüşlər.

Səfir gəncləri Vaşinqtonda görməkdən məmnunluğunu bildirərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük Zəfərdən sonra şəhid ailələrinə göstərdiyi xüsusi qayğını diqqətə çatdırıb. O qeyd edib ki, ölkə rəhbərliyinin bu diqqəti hər kəs üçün örnəkdir və böyük məsuliyyət yaradır. Şəhid övladlarının Azərbaycanın gələcəyi olduğunu vurğulayan səfir gənclərə fəaliyyətləri ilə ölkəmizin adını hər zaman uca tutmağı arzulayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında düşərgədə iştirak edən 10 şəhid övladının Azərbaycanın aparıcı universitetlərində təhsil alan tələbələr olduğunu bildirib. S.Orucova düşərgənin təşkilində əsas məqsədin tələbələrin ABŞ təhsil sistemi ilə yaxından tanış olmaları və onların gələcək karyera inkişaflarına yol açmaq olduğunu bildirib. O, bu səfərin tələbələr üçün böyük motivasiya mənbəyi olduğunu vurğulayıb və düşərgənin onların gələcək hədəflərinə çatmasına mühüm töhfə verəcəyini qeyd edib.

Daha sonra səfir Xəzər İbrahim düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edib və birlikdə xatirə fotosu çəkdirib.

“Zəfər” Amerika Yay Düşərgəsinin iştirakçıları ABŞ-nin tarixi, incəsənəti və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Proqram daxilində gənclər Ağ Evin tarixi və ABŞ prezidentliyi institutu haqqında interaktiv məlumatların təqdim olunduğu muzeyi baş çəkiblər. Daha sonra Renvik Qalereyasında ölkənin 250 illiyinə həsr olunmuş sərgiyə baxaraq Amerika sənətkarlığının inkişaf yolunu əks etdirən eksponatlarla tanış olublar. İştirakçılar, həmçinin Lafayet meydanı və Ağ Ev ətrafında gəzinti edərək şəhərin tarixi məkanlarını gəziblər.

Səfər müddətində Vaşinqtonda fəaliyyət göstərən Amerika Tarixi Milli Muzeyi, “Smithsonian” Milli Təbiət Tarixi Muzeyi, Türkiyəyin Vaşinqtondakı səfirliyi, Vaşinqton Abidəsi, Linkoln və Tomas Cefferson memorialları, Konqres Kitabxanası, Kapitol binası və Ali Məhkəmə ziyarət edilib. Paralel olaraq tələbələr ADA Universitetinin Vaşinqton Mərkəzi, ABŞ-Azərbaycan Ticarət Palatası və bir sıra tərəfdaş universitetlərdə keçirilən görüş və təlimlərə qatılıblar.

Qeyd edək ki, iyulun 26-dək davam edəcək “Zəfər” Amerika Yay Düşərgəsi şəhid övladlarının inkişafına, onların potensialının üzə çıxarılmasına və beynəlxalq təcrübə qazanmalarına yönəlmiş layihələrin davamı olaraq iştirakçılara zəngin imkanlar və bacarıqlar qazandıracaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2026 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri