Dmitri Kobitski İlham Əliyevi təbrik edib
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
MDB Parlamentlərarası Assambleya Şurasının - Müstəqil Dövlətlər Birliyi iştirakçılarının adından Novruz bayramı münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu qədim bayram yeni həyatın rəmzidir, Birlik ölkələrinin bir çoxunun mədəni irsinin ayrılmaz hissəsidir.
MDB məkanında yaşayan xalqlar xeyirxahlıq, dostluq və qonaqpərvərlik ideyalarının təcəssümü olan Novruz ənənələrini qoruyub saxlayır və əziz tuturlar.
Möhtərəm İlham Heydər oğlu, bu gözəl bayram münasibətilə Sizə və dost Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, sülh və uğurlar arzulayıram".
Milli.Az
Baxış sayı:78
Bu xəbər 01 Aprel 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















