Icma.az
close
up
RU
Dmitri Solonnikov: Ermənistanın təklifləri Azərbaycanı qəne etmir MÜSAHİBƏ

Dmitri Solonnikov: Ermənistanın təklifləri Azərbaycanı qəne etmir MÜSAHİBƏ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir Dövlət İnkişafı İnstitutunun (Rusiya) direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Bakı və İrəvan arasında geosiyasi reallıqları nəzərə almaqla sülh razılaşması imzalanmasının perspektivləri barədə fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması məsələsində heç bir hərəkət yoxdur. Bu yaxınlarda Paşinyan bəyan edib ki, İrəvan sülh müqaviləsinin razılaşdırılmamış 2 bəndi ilə bağlı Ermənistanın təkliflərinə Bakıdan cavab alıb. Ermənistan baş nazirinin bəyanatına görə, tərəflər bu məqamlarda razılığa gələ bilməyiblər. Amma qeyd etdi ki, bu, guya, iş prosesidir...

- İki məqam üçüncü ölkə qüvvələrinin Azərbaycan və Ermənistan sərhədlərinə yerləşdirilməməsinə aiddir. Ermənistan bu məntiqi yalnız sərhədin delimitasiya olunmuş hissələrinə tətbiq etməyi təklif edir. Ermənistanın baş nazirinin şərhlərinə əsaslansaq, bu yanaşma Bakını qane etmir. Razılaşdırılmayan ikinci məqam isə beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qarşılıqlı iddialardan (Ermənistanın təklifi ilə) imtina edilməsinə aiddir. Azərbaycan da, görünür, bu məntiqlə kifayətlənmir. Bu da başa düşüləndir, çünki Ermənistan işğalçı, təcavüzkar dövlət kimi Azərbaycana çox böyük ziyan vurub. Və Ermənistanla bağlı beynəlxalq məhkəmələrdə ədalət tələb etmək Bakı üçün tamamilə adekvat və başa düşülən mövqedir.

Artıq bir neçə aydır ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesi 17 vacib məqamdan ikisinin razılaşdırılmasına yönəlib. Yalnız iki həlledici məqamın qalması o demək deyil ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi əsas mərhələyə qədəm qoyur və biz tezliklə zəfər səsləri eşidəcəyik. Əvvəla, xatırlatmaq istərdim ki, Bakının Ermənistanla münasibətlərin qurulmasına dair sülh sazişi imzalaması üçün bu məqamlardan əlavə iki şərt var. Onlar Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılmasına, eləcə də Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun hüquqi müstəvidə ləğvinə aiddir. İkincisi, tarixin və praktikanın göstərdiyi kimi, Paşinyan Azərbaycanla sülh imzalamağa tələsmir və sadəcə guya İrəvanın hər şeyi burada və indi imzalamağa hazır olduğunu göstərir, Bakı isə guya prosesi ləngidir. Bakı razılaşmır, çünki İrəvanın təklifləri onu qane etmir.

Belə görünür ki, Ermənistan Azərbaycanın sülhlə bağlı bütün tələbləri ilə ilə razılaşmalıdır. Obyektiv olaq- 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında qüvvələr balansı hər kəs üçün tamamilə aydın idi. Belə görünür ki, öz ərazilərini haqlı və ədalətli şəkildə geri qaytaran Azərbaycan hələ də danışıqlarda güclü tərəfdir və o, İrəvanın şübhəli təklifləri ilə razılaşmır. Amma artıq müharibənin bitməsindən artıq 5 il keçib və sülh müqaviləsi hələ də imzalanmayıb. Və Paşinyan bu məsələni süründürməyi bacarır. Bu onun taktikasıdır.

Biz çoxdan deyirdik ki, Ermənistanın baş nazirinin Azərbaycanla münasibətləri normallaşdırmaq, ölkənin və xalqının tarixində yeni səhifə açacaq respublikanın rəhbəri olmaq üçün hər cür imkan var. Qonşularla razılaşmanın və iqtisadi inkişafın daha rasional səhifəsi üçün. O, 2026-cı il seçkilərində sayəsində ölkədə həyatın yaxşılaşdığı, iqtisadiyyatının yaxşılaşdığı, rifahının yüksəldiyi bir insan obrazı ilə namizəd ola bilərdi. Görünürdü ki, Paşinyan üçün müsbət və məntiqli variant tez hər şeylə razılaşmaq, sərhədləri açmaq və iqtisadi artım göstərmək, bununla da Ermənistan xalqının firavan gələcəyini təmin etməkdir. Seçki kampaniyasında deyə bilərdi ki, “görün mən nə böyük adamam, mənim sayəmdə ölkəyə pul gəldi, yollar çəkirik, ticarət üçün yeni imkanlarımız var, insanlar daha yaxşı yaşamağa başladılar. Bəli, keçmişi xatırlamaq çətindir, amma həyat indi daha yaxşılaşıb”. Amma o, hələ də bunu etməyib.

Parlament seçkilərinə çox az vaxt qalıb və Paşinyan növbəti dəfə dilemma qarşısında qalıb- seçicilərin qarşısına Azərbaycanla imzalanmış sülh müqaviləsi ilə çıxmaq və ya yenidən Azərbaycanın əleyhinə getmək. Məncə, Ermənistanın yol ayrıcında olduğu bir vaxtdaİrəvandan hər şeyi gözləmək olar. Bəs Paşinyan qonşularla münaqişələrdən imtina etməyi və ölkənin inkişafına diqqəti yönəltməyi nəzərdə tutan “Real Ermənistan” konsepsiyasını işləyib hazırlasaydı? Sual olunur, o, bu seçkilərə hansı formada – zeytun budağı ilə çıxacaq, yoxsa yenidən kamuflyaj geyinib, saqqal çıxarıb, sarğılı əlinə avtomat asacaq? Hər şeyə ehtimal verilə bilər.

Siyasi strateqlər elə bir konsepsiya hazırlayacaqlar ki, Paşinyana hakimiyyətdə qalmağa davam etsin, onun bu seçkilərə gedəcəyi imic yaratmaq lazımdır; Və beləliklə, seçim iki obraz- hərbçi obrazı və ya sülhməramlı obrazı arasında olur.

Ermənistan üçün çətinliklərə əlavə odur ki, indi hər ehtimala qarşı ABŞ respublikanı dəstəkləməyəcək. Biz görürük ki, Vaşinqton bu gün Ukraynaya hərbi dəstəyi dondurduğunu elan edib. Ermənistan ABŞ-dan nə gözləməlidir? Amma Ermənistanın hələ də Aİ-də tərəfdaşları var. Və bu baxımdan Paşinyan öz kursunun perspektivinə və hakimiyyətdə qalma perspektivinə baxır. Və o, hakimiyyətdə qalmasına kömək edəcək qərarlar verəcək. Amma eyni zamanda o, yenidən yol ayrıcında dayanıb yol seçir.

- Azərbaycanın bununla bağlı potensial kartları hansılardır?

- Azərbaycanın təcili nəsə qərar verməyə ehtiyacı yoxdur, o, Bakının şərtləri ilə razılaşmaq üçün Ermənistana təzyiq göstərməyə davam edəcək. Düşünürəm ki, Bakı Ermənistanda növbəti seçkilərə qədər gözləyəcək. Axı o ana qədər çox şey dəyişə bilər. Əgər Ermənistan hökuməti birdən-birə dəyişərsə, əvvəlcədən sülh sazişi imzalamağın xüsusi mənası yoxdur.

Dünyada baş verən geosiyasi dəyişikliklər indi Ermənistana böyük təsir göstərəcək. Çox güman ki, ABŞ-ın dəstəyi olmayacaq. Tramp agentliyin qrantlarını bağladığı üçün USAID-dən gələn yardımın yarısının Ermənistana çatması çətin ki mümkün olsun. Bu, Paşinyan üçün ciddi zərbədir, çünki Ermənistanda əksər QHT-lər, əksər KİV-lər, onun şəxsi administrasiyasının böyük hissəsi bu qrantlarla İrəvanda oturmuşdu. Buna görə də Paşinyanın komandasında işləmək motivasiyası azalıb. Ümumiyyətlə, indi sual yaranır ki, Avropa İttifaqının aqibəti necə olacaq. Təbii ki, dünyadakı geosiyasi vəziyyət Ermənistanın mövqeyinə çox ciddi təsir göstərir.

Paşinyan seçkilər ərəfəsində daha 10 dəfə melodiyasını dəyişə bilər. Yenə də deyirəm: onun əsas vəzifəsi hakimiyyətdə qalmaqdır.

- Ermənistanın İrəvandakı Zvartnots aeroportunda, sonra İranla, indi də Türkiyə ilə sərhəddə Rusiya sərhədçilərindən necə imtina etdiyini gördük. Bunu necə şərh edə bilərsiniz?

- Paşinyan orada rus sərhədçilərinin olmasını özü üçün təhlükəli element hesab edir. Ona görə də onları hər yerdə “təmizləməyə” çalışır. Və potensial olaraq, o, gizli şəkildə NATO və Avropa İttifaqının nümayəndələrinə bu təhlükəsizlik sahəsini təqdim edə bilər. Amma bir daha deyirəm– reallıqda ABŞ və Qərbin qalan hissəsi arasında çəkişmələr fonunda Ermənistanın baş naziri özünü Rusiya ilə yaxınlaşmaq istəyən biri kimi göstərə bilər. Onun bu ikili dövlət xarici siyasət konsepsiyasını seçməsi səbəbsiz deyil. Amma eyni zamanda, təbii ki, Ermənistana və ölkənin hər mənada Qərb relslərinə keçməsinə ciddi Qərb dəstəyi axtarmağa davam edəcək.

Tərcümə- Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Maskın təklifi

08 İyun 2025 04:23see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri