Icma.az
close
up
RU
Dmitri Solonnikov: Bu siyasət Ermənistanı çöküşə aparır

Dmitri Solonnikov: Bu siyasət Ermənistanı çöküşə aparır

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov "Moskva-Baku" portalına müsahibəsində Rusiya və Ermənistan Xarici İşlər nazirlikləri rəhbərlərinin Moskvada danışıqların yekunlarına dair bəyanatlarını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bir ildən çox vaxt keçdikdən sonra Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirliklərinin rəhbərləri arasında danışıqlar baş tutub. Açıqlamalar qarışıq təəssürat yaratdı. Ermənistan bu yaxınlarda Vaşinqtonda Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Məlumdur ki, Ermənistan hökuməti də bu yaxınlarda ölkənin Aİ-yə üzvlüyünün başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Və birdən Ermənistan rəsmilərinin belə dostluq bəyanatları səslənir. Bu nə deməkdir?

- İrəvanın mövqeyi əvvəlki kimi qalır. O dəyişməyib. Ermənistan tədricən Qərbə doğru, ABŞ-ın qucağına keçməkdə davam edir. Avrasiya istiqamətində inteqrasiya layihələrindən tədricən geri çəkiləcək. Eyni zamanda, İrəvan Rusiya və Aİİ ilə əlaqələri saxlamağa çalışır– Avropadan və ABŞ-dan lazımi maliyyə vəsaiti alana qədər qazanc əldə etməyə çalışır. 2024-cü ildə Ermənistanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi rekord qıraraq, demək olar ki, 12 milyard dollar təşkil edib. “Qürurlu, özünü təmin edən Cənubi Qafqaz respublikası” Qərbin maliyyəsi hesabına yaşamaq istəyir. Bu kanallar tam açılana qədər belə bir keçid Avrasiya İqtisadi İttifaqına üzvlüyün təmin etdiyi üstünlüklərlə ödəniləcək. Və bu üstünlükləri qorumaq onun üçün çox vacibdir. Ermənistanın Aİİ-yə üzv olmaqdan imtina etməsi onu fəlakətlə təhdid edir. Odur ki, İrəvan bu və ya digər dərəcədə dostluq nümayiş etdirəcək ki, bütün problemli məsələləri həll etmək olar- Rusiya ilə gələcək səmərəli qarşılıqlı fəaliyyətə hazır olduqlarını və Aİİ-nin respublika üçün faydalı olduğunu deyəcək. Mirzoyan Lavrovla görüşündə bəyan edib ki, Ermənistan beynəlxalq məsələlərdə Rusiyanın maraqlarını nəzərə alır.

Eyni zamanda, Rusiyaya qarşı bəzi zərbələr, yaxud diplomatiya dili ilə desək, “narahatlıqlar” var idi. Ermənistan XİN rəhbəri bəyan edib ki, Rusiya Cənubi Qafqazda ticarət-iqtisadi kommunikasiyaların açılmasında birtərəfli mövqe tutur. Lakin Lavrov bunun belə olmadığını deyib.

İrəvan başa düşür ki, Qərblə yaxınlaşma yolunda çətinliklərlə üzləşə bilər. ABŞ-la əsas məsələlərdə Ermənistan hakimiyyəti Co Bayden administrasiyası ilə razılığa gəlib. ABŞ Demokratlar Partiyası və Ermənistan hakimiyyətinin bu gün eyni sponsorları var: demokratlar və onların respublikaçılara qarşı mübarizəsini maliyyələşdirən Soros və hakimiyyət nümayəndələri. Ermənistan hökumətinin nümayəndələri respublikanın dövlət büdcəsindən daha çox Soros Fondundan pul alıblar. Ona görə də demokratlarla məsələləri həll etmək Ermənistan hakimiyyəti üçün əlverişli idi.

Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə ABŞ-ın xarici tərəfdaşlarla münasibətlərinə yenidən baxılacaq. Sorosun hələ də xarici siyasət layihələrində oynamaq istəyinin qalacağı real deyil, onun diqqəti çox güman ki, xaricdəki qüvvələrini dəstəkləməkdənsə, Amerikanın özündəki vəziyyətə yönələcək. Əgər hər şey məhz belə alınarsa, o zaman Ermənistanın hazırkı rəhbərliyi üçün xarici siyasət vektorunda vəziyyət xeyli dəyişəcək. Və bütün maliyyə vəsaitlərini Avropanın çiyninə keçirmək cəhdi həyata keçirilməyəcək. Deyək ki, İngiltərə Ukraynanın, Fransa isə Ermənistanın maliyyələşdirilməsini öz üzərinə götürür. Lakin Britaniya və Fransada işlər heç də parlaq deyil: onların liderliyi və iqtisadiyyatı ilə nə baş verəcəyi bəlli deyil.

Yəni mövcud status-kvo qorunub saxlanılsa, Ermənistanın Qərbə doğru hərəkəti davam edəcək. Əgər maliyyələşmə dayanarsa, bu fəaliyyət də dayandırılacaq. Ermənistan Respublikasının yaşamağa heç nəyi olmayacaq və Rusiyaya, Aİİ-yə, Avrasiya məkanındakı razılaşmalara qayıtmalı olacaq. Ona görə də indi Ermənistan rəhbərliyi, o cümlədən Lavrovla görüşdə bu mövqe ilə çıxış edir. İvan Vasilyeviç peşəsini dəyişir" filmində olduğu kimi: "Məni hələ də mənzildən qovma, nə baş verə biləcəyini heç vaxt bilməzsən"- dedi baş qəhrəmanın arvadı və rejissor Yakinlə Qaqraya qaçdı.

-Və Rusiya üçün Ermənistanı öz orbitində saxlamaq vacibdirmi, bu nə dərəcədə mümkündür?

- Doğrudur. Moskva heç vaxt Ermənistanla münasibətləri kəsmək niyyətində olduğunu bildirməyib, necə ki, ümumiyyətlə, yalnız Zaqafqaziya və Mərkəzi Asiya regionu ölkələri ilə münasibətləri gücləndirməyə çalışır. Biz münasibətlərin mehriban qonşuluq və konstruktiv olmasında maraqlıyıq. Ona görə də Rusiya özü nümayişkaranə şəkildə Ermənistanla əməkdaşlıqdan və müxtəlif məsələləri həll etməkdən imtina etməyəcək. Çünki indi onu pozmaq və ya daha da pisləşdirmək gələcək üçün münasibətləri müəyyən dərəcədə kəsmək demək olardı.

Şübhəsiz ki, Nikol Paşinyan ötən həftə Vladimir Putinə zəng edəndə, o cümlədən İrəvanın ölkənin Aİİ-yə qoşulmasının başlanması ilə bağlı təsdiq edilmiş qanun layihəsi haqda qərarını hansısa formada izah etmək üçün vəziyyəti bir növ yumşaltmağa çalışıb.

- Lavrov da bildirdi ki, o, erməni həmkarı ilə Ermənistanın Sünik rayonunda Rusiyanın baş konsulluğunun açılması məsələsini müzakirə ediblər... Ermənistanda bu və ya digər dərəcədə Qərb qüvvələrinin olmasını və belə bir məntiqin vektorunu nəzərə alaraq, İrəvan açılışa razı olacaqmı?

- Razılaşa bilər. Əslində bu barədə söhbət gedir. İrəvanın Ermənistan-Rusiya münasibətlərində sabitliyi qorumaq cəhdinin bir hissəsi kimi, əgər belə müsbət və nümayişkaranə hərəkət lazımdırsa, bunu etnəlidir. Amma hətta Rusiya Baş Konsulluğunun açılması da Ermənistanın xarici siyasətinin vektorunu dəyişməyəcək.

- Moskvada İrəvanın mövqeyini dilə gətirən Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, Ermənistan Azərbaycanla nəqliyyat və iqtisadi əməkdaşlığı açmağa hazırdır, ancaq “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində...

- Ermənistan bu sahədə Azərbaycanla hələ ki, razılığa gəlməyib. Biz İrəvandan daim eşidirik: biz hamımız hazırıq, sülh sazişi imzalamağa hazırıq. Sonra da belə çıxır ki, birinci, ikinci, üçüncü, dördüncü və sair şərtlərlə hazırdırlar...

İndi İrəvanın vəzifəsi çoxlu gözəl sözlər söyləməkdir. Paşinyan deməyəcək: “Mən bütün kommunikasiyaların bloklanmasının əleyhinəyəm”. O, əslində blokdan çıxarmağa getməyəcək. Amma o, hazır olduğunu deyəcək.

- Ermənistan parlamentində “Mənim şərəfim” müxalifət fraksiyasından olan deputat Ermənistanın Qarabağ və Şərqi Zəngəzurun ona birləşdirildiyi xəritəsini yapışdırıb. Ermənistanda bu məntiq nə vaxt bitəcək?

- Düşünmürəm ki, bu cür bəyanatların və hərəkətlərin arxasında həqiqətən ciddi nəsə gizlənir. Hər halda müxalifət var. Amma onların parlamentdə çoxluğu yoxdur, Paşinyana ciddi şəkildə qarşı çıxmaq imkanları yoxdur. Onlar vaxtaşırı özlərini tanıtmalıdırlar. Konstruktiv təkliflərlə siyasətini həyata keçirə bilmirlərsə, alınmır, yaxşı, özlərini performansla bəyan edirlər. Onlar hələ də var olduqlarını bəyan etməlidirlər. Müxtəlif şoular təşkil edirlər. Heç bir konkretlik yoxdur, yəni istədiyinizi edə bilərsiniz.

Müxalifət Qarabağ gündəmini nə qədər aktuallaşdırmağa çalışsa da, Paşinyanı devirməyə nə qədər cəhd etsə də, heç nə alınmadı. Erməni cəmiyyəti heç vaxt birləşməyib. Bu başa düşüləndir. Hamımız bilirik ki, Ermənistanda barışmaz müxalifət var. O, həmişə olub. Daha az və ya daha çox aqressiv. Amma hər bir cəmiyyətdə olduğu kimi, baş verənlərə fərqli baxışlar var. Bu isə revanşist müxalifətdir. O, kütləvi dəstək almır.

Paşinyana da müəyyən dərəcədə lazımdır. Ona göstərmək lazımdır ki, bunu etməsə, onda hər şey daha pis olacaq: Cənubi Qafqaz partlayacaq, yeni müharibə olacaq, bu heç kimə lazım deyil, gəlin mənimlə və mənim mövqeyimlə razılaşaq. Əks halda hakimiyyət radikalların əlində olacaq. Bu, onun tərəfindən kifayət qədər başa düşülən və məntiqli addımdır.

Ona görə də müxalifətin təxribatlarına sakit və səbirlə yanaşır.

- Yəni qarşıdakı illərdə revanş mümkün deyil?

- Xeyr. Biz bunu dəfələrlə görmüşük: insanları küçələrə çıxarmağa çalışan qüvvələr bunu edirlər, bəs nəticə nədir? Gəzişir, söhbət edirlər. Amma revanşın baş tutması üçün sadəcə küçəyə çıxmaq deyil, çox şey təşkil etmək lazımdır. Pul olmalıdır, təşkilati struktur olmalıdır, bu fəaliyyət üçün maliyyə olmalıdır, güc və siyasi dəstək olmalıdır. Bunların heç biri mövcud deyil. Bunun məsuliyyətini üzərinə götürəcək heç bir qüvvə yoxdur.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see175

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see169

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see166

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see165

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see162

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri