Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Qubada keçirilən beynəlxalq elmi konfransa 6 ölkədən 101 məqalə təqdim olunub

Qubada keçirilən beynəlxalq elmi konfransa 6 ölkədən 101 məqalə təqdim olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Quba, 20 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda VI Beynəlxalq elmi konfrans işə başlayıb.

Filialdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, altıncı dəfə təşkil edilən nüfuzlu elmi tədbirə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Türkiyə və Pakistandan, ümumilikdə, 101 elmi məqalə təqdim olunub. Məqalələrin 63-ü Azərbaycan, 38-i isə xarici ölkə tədqiqatçılarına məxsusdur.

Konfransın açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov çıxış ediblər.

Bildirilib ki, noyabrın 21-dək davam edəcək konfransın əsas məqsədi regionlarda ali təhsilin inkişaf perspektivlərini müzakirə etmək, müasir çağırışlar fonunda təhsilin keyfiyyətinin yüksəldilməsinə, regional əmək bazarının tələblərinə uyğun kadr hazırlığına, elmi tədqiqatların praktik tətbiqinə və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.

Konfransda Dövlət İmtahan Mərkəzinin Xaçmaz Regional Bölməsinin rəhbəri Faiq Nadirsoy, Özbəkistan Respublikasının Daşkənd Vilayəti Pedaqoji Ustalıq Mərkəzinin direktoru Timur Kalmuratov, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Tural Məmmədov və Coğrafiya İnstitutunun elmi kadrların hazırlanması sektorunun müdiri Müseyyib Yunusov çıxış edərək, konfransın elmi və ictimai əhəmiyyətini diqqətə çatdırıblar.

Beynəlxalq akademik əməkdaşlığın göstəricisi olaraq Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru Obidjon Şofiyev və Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin nümayəndəsi Mukhriddin Avezov açılış mərasimində onlayn formatda çıxış ediblər.

Çıxışlarda regionlarda ali təhsilin inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi, təhsildə innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi, universitetlərlə əmək bazarı arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, beynəlxalq elmi tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi kimi aktual məsələlərə xüsusi diqqət yetirilib.

Konfrans çərçivəsində Yusif Alıyevin “ADPU-nun Quba filialının 35 illik inkişaf yolu – regional ehtiyaclardan beynəlxalq əməkdaşlığa” mövzusunda təqdimatı iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, son altı ildə filialda tələbələrin sayı 65 faiz artaraq 1100 nəfərə, tədris olunan ixtisasların sayı isə 55 faiz artaraq 11-ə çatıb. Bu inkişaf göstəriciləri regionda ali təhsilə artan marağın və filialın təhsil imkanlarının genişləndirilməsinin mühüm nəticələrindəndir.

Filialın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Qazaxıstanın Janibekov adına Pedaqoji Universiteti, Özbəkistanın Termiz Dövlət Universiteti və Asiya Texnologiyalar Universiteti, Qırğızıstanın Taştan Ermatov adına Bişkek Musiqi-Pedaqoji İnstitutu ilə yaradılmış elmi-akademik əməkdaşlıq imkanlarına da toxunulub.

Konfransın elmi proqramı regional ali təhsilin inkişafı ilə bağlı geniş istiqamətləri əhatə edir. Bölmə iclaslarında müəllim hazırlığı və tədris metodikası, süni intellekt və rəqəmsal təhsil, inklüzivlik, psixologiya və sosial iş, filologiya, tarix və mədəni irs, təbiət elmləri, ekologiya və aqrar tədqiqatlar, iqtisadiyyat, şəhərsalma, turizm və dayanıqlı regional inkişaf məsələləri ətrafında elmi müzakirələr aparılır. Müxtəlif ölkələrdən olan alim və tədqiqatçıların məruzələrində müasir pedaqoji yanaşmalar, təhsil sistemlərinin müqayisəli təhlili, elmi innovasiyaların tədrisə inteqrasiyası və elmi nəticələrin praktik tətbiqi imkanlarına xüsusi yer ayrılır.

Konfransın plenar iclasının ardından bölmə iclasları keçirilib.

Tədbir iştirakçılarının Qubanın tarixi-mədəni məkanları ilə tanışlığı da nəzərdə tutulur.

Müxbir – Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri