Dnestryanıda qaz təchizatı bərpa edilib
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fərdi təsərrüfatlara qazın verilməsi uğurla başa çatdırılıb”
Tanınmamış “Dnestryanı Moldova Respublikası”nın “hakimiyyəti” əhalinin qaz təchizatını tam bərpa edib. AYNA xəbər verir ki, b u barədə məlumat qondarma qurumun “prezidenti” Vadim Krasnoselskinin saytında dərc olunub.
“Fərdi təsərrüfatlara qazın verilməsi uğurla başa çatdırılıb. Digər obyektlərə qazın verilməsi üçün işlər davam edir”, - deyə məlumatda qeyd olunub.
Dnestryanı “hakimiyyət orqanları” enerji işçi qrupunun iclasını keçirib və həmçinin məktəblərin 97 faizinin istilik təchizatının bərpa olunduğunu bildiriblər. Qeyd olunub ki, mövcud qazdan qənaətlə istifadə etmək üçün fevralın 9-dan Moldavskaya QRES-in kömür qazanxanalarının bir neçə gün müddətinə işə salınması barədə qərar qəbul edilib.
Bundan əvvəl Moldovanın Baş naziri Dorin Recean bildirmişdi ki, qondarma respublika qaz alınmasında Avropa İttifaqının yardımından imtina ediləcək. Siyasətçi qeyd edib ki, Avropa İttifaqı 60 milyon avro buraxmağı təklif edib, lakin Dnestryanı Macarıstan şirkətindən təchizat variantını seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















