Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Doğrudanmı, ABŞ la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?!

Doğrudanmı, ABŞ la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?!

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Vaşinqton görüşündən sonra sosial mediada belə fikirlər yayıldı ki, ABŞ-la münasibətlərin bərpası fonunda demokratik inkişaf üçün zəmin yaranır.

Doğrudan da, həm Azərbaycanda, həm ABŞ-da ikitərəfli münasibətləri yenidən ən azı əvvəlki səviyyəsinə qayrarmaqla bağlı iradə var. Bundan başqa ABŞ-ın Cənubi Qafqazda, xüsusilə, Azərbaycanla iqtisadi tərəfdaşlıqda öz maraqları var. Eyni zamanda Vaşinqton Mərkəzi Asiya ilə çox maraqlanır. Eyni zamanda Azərbaycanın İsraillə müttəfiqliyi Vaşinqton üçün inandırıcı referansdır. Nəhayət, prezident İlham Əliyevlə prezident Donald Tramp arasında yaxın, səmimi şəxsi münasbətlər də mühüm faktorlardan biridir.

Bütün bunlara görə, bəzi təhlilçiıər hesab edir ki, ABŞ-la münasibətlərin istiləşməsi ölkədə Qərb dəyərlərinin daha da oturuşmasına şərait yarada bilər. Donald Trampın siyasəti təhlükəsizlik maraqları və iqtisadi mənafelər üzərində qurulub. Buna görə, ehtimal edirik ki, ABŞ-ın Azərbaycana münasibətlərində sülh və rifah əsas amillər olacaq.

Zəngəzur dəhlizi də məhz elə bu cür adlandırıldı.

Belə güman edirik ki, Donald Tramp Azərbaycanda iqtisadi azadlıqlara daha çox diqqət verə bilər. İqtisadi demokratiya ən azı Trampın dövründə ABŞ-Azərbaycan münasibətlərində indikindın də önə çıxa bilər.

Amma iqtisadi azadlıqlar təkcə Trampa görə önə çıxmayacaq. Burada Azərbaycan özü maraqlı olmasa, kənardan təsirlər bir yerdən sonra təsirsiz qalar. Bu, Azərbaycan dövlətinin öz seçimi olacaqsa, sürətlə həllini tapacaq.

Ən önəmli məsələ, mənim fikrimcə də, iqtisadi azadlıqların və sosial rifahın təmin olunmasıdır.

Niyə Azərbaycanda orta aylıq əməkhaqqı, məsələn, Gürcüstandan və Ermənistandan geri qalmalıdır?! Yaxud niyə biz biznes mühitinin liberallaşdırılmasına görə Qazaxıstandan dəfələrlə geridəyik?! Niyə bizim ölkəmiz həbsxanalarda çox sayda günahsız məhbusun olmasında günahlandırılsın?!

Əvvəlki yazımda da var: dünənki düşmənlə sülh bağlamaqla yanaşı dövlət öz daxilində də vətəndaş sülhünə nail olmalıdır. Artıq uzun illər, hətta oniliklər ərzində hər zaman demişik, yazmışıq: iqtisadiyyatda inhisarçılıq aradan qalxmasa, korrupsiya aradan qalxması, ölkə irəli gedə bilməyəcək.

Biz, sadəcə, neft, qaz çıxarıb satan ölkə imicindən qurtulmalıyıq. Ölkənin aqrar sektoruna da fikir verilməlidir ki, insanlar indiki kimi kütləvi olaraq paytaxta, başqa böyük şəhərlərə axın etməsinlər. Kiçik və orta sahibkarlıq inkişaf etmir, səbəbi süni maneələrdir. Hələ də ölkə iqtisadiyyatı tam lazım olduğu qədər şaxələndirilməyib. Bu, çox ciddi problemdir.

Bəli, ABŞ-la münasibətlərin istiləşməsini siyasi islahatlara təkan verəcəyini düşünən və danışan xeyıi sosial media fəalı var. Bunu da anlamaq olar: hər siyasətçi tərəfdarlarını öz ətrafında saxlamaq, hətta onların sayını artırmaq üçün hər zaman nikbin bəyanatlar, şirin vədlər verir.

Konkret olaraq, Donald Trampa gəldikdə, onun Cənubi Qafqazın müsəlman ölkəsində hansı quruluşun olmasında maraqlı olub-olmadığı hələ ki görünmür. Onunn Azərbaycan dövlətinin başçısına məktublarında da siyasi azadlıqlarla bağlı hələlik aydın və qəti bir mesaj yoxdur. Bundan sonrasında da, çox ehtimal ki, rəsmi Vaşinqton öz diqqətini daha çox iqtisadi sövdələşmələr üzərində cəmləşdirəcək. Ara-sıra tənqidi hesabatlar açıqlana bilər, bəyanatlar səslənə bilər. Hansısa şəxslərin azadlığa buraxılması ilə bağlı xahişlər də mümkündür. Bunun ölkədə siyasi situasiyanı dəyişəcəyi ehtimalı isə yüksək deyil.

Seyid Əhmədli, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see218

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see142

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see139

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri