Icma.az
close
up
RU
Doğrudanmı, Venesuela böhranı ABŞ Azərbaycan münasibətlərinə təsir edəcək?

Doğrudanmı, Venesuela böhranı ABŞ Azərbaycan münasibətlərinə təsir edəcək?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İndi Azərbaycanda hamını bir sual maraqlandırır: ABŞ-la Azərbaycan arasında münasibətlər necə olacaq?! Hansı məcrada inkişaf edəcək?!

Məlum: dekabrın 3-də ABŞ Venesuela Bolivar Respublikasına hərbi müdaxilə edib. Amerika xüsusi təyinatlıları Venesuela prezidenti Nikolas Maduronu öz evində həbs edib, ABŞ-a aparıb. Bundan sonra Vaşinqtonun başqa ölkələrlə münasibətləri də gündəmə gəlib.

Bu mənada ABŞ-la Azərbaycan arasında dövlətləarası əlaqələrin necə olacağı ilə bağlı suallar sosiaı şəbəkələrdə və mediada müzakirə olunur.

Müxalif media orqanları, eləcə də, Azərbaycan hakimiyyəti leyhinə təbliğat aparan blogerlər şəbəkəsi belə bir iddia irəli sürüb: guya Venesuelada hakimiyyət dəyişikliyi ABŞ-ın Azərbaycana münasibətində kəskin - mənfi dönüş yarada bilər.

Bu, əslində iddiadan da çox müxalif mövqedə dayanan siyasi qruplarının və onların media ayağının arzusu kimi görünür. Sanki Azərbaycanı da hədəf kimi göstərməyə çalışırlar. Həm də bunun real nəticələrə gətirib çıxarmayacağını bilə-bilə.

Marginal qrupların xəyalları ilə reallıq arasında çox kəskin fərq var. Bu fərq ondan ibarətdir ki, Azərbaycan keçmiş prezident Cozef Baydenin və onun administrasiyasında dövlət katibi olmuş Entoni Binkenin yanlış xarici siyasəti sayəsində sıfıra düşmüş münasibətlərin yenidən bərpa olunmasına çalışır. Prezident Donald Trampın hakimiyyətə qayıdışı ABŞ-la Azərbaycan arasında münasibətlərin "aşağı ölü nöqtə" dən hərəkətə başlayacağına böyük ümidlər yaradıb. Bu ümidlərin doğrulmasına hər iki tərəfin bir sşəi və iradə var.

Ötən ilin sentyabrında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev ABŞ-a səfər etdi, Dövlət Departamentində, Konüresdə mühüm görüşlır keçirdi. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq, regional məsələlər, eləcə də, 907-ci düzəlişin ləğvi müzakirə edildi. Noyabrda isə Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfırdə oldu. Avvustdan bəri keçən müddətdə ABŞ-ın Dövlət Departamentinin iqtisadi və biznes məsələlərinə cavabdeh olan rəsmiləri Bakıya gəlmişdi. Bu ilin əvvəlində - 2026-cı il yanvarın 4-də isə Oklahomadan olan senator Markveyn Mallinin başçılığı ilə ABŞ Konqresinin ikipartiyalı nümayəndə heyəti Bakıda olub, heyəti Prezident İlham Əliyev qəbul edib. Daha sonra Konqres üzvləri müdafiə naziri Zakir Həsənovla da görüşüblər.

Əsas müzakirə olunan məsələlər yenə də məlumdur: iki ölkə arasında strateji tərəfdaşlıq, bölgədə sülh gündəliyi və Orta dəhliz, həmçinin Azərbaycanla bağlı məhdudlaşdırıcı müddəların, konkret olaraq, "Azadlığı müdafiə aktı" na 907-ci düzəliin ləğvi məsələləri ətrafında danışıqlar, söhbətlər gedib. Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın müvafiq struktirları arasında anlaşmaəldə olunub. Bu da ABŞ-ın Azərbaycana qarşı olan, o cümlədən, keçmişdən qalmış 907-ci düşəlişin ləğvinə ümidləri artırıb.

Prezidentin köməkçisi Hikmət Hacıyev də demişdi ki, ABŞ qanunvericiliyində Azərbaycan əleyhinə olan bəzi məhdudiyyətlər aradan qalxdıqdan sonra, ikitərəfli münasibətlərdə daha sürətli dinamika əldə olunacaq. 907-ci düzəliş hazırda bu prosesə mane olur.

Beləliklə, ABŞ-Azərbaycan münasibətlərində nəinki hansısa gərginlik var, əksinə canlanma hiss olunur. Belə görünür ki, əvvəlki Administrasiyadan Prezident Trampa miras qalmış problemlər, o cümlədən, məlum 907-ci düzəlişin ləğvi tezliklə baş tutacaq. Buna hər iki tərəfdə ən yüksək səviyyədə siyasi iradə, istək var. Qalır real nəticə əldə etmək.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Yanvar 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri