Icma.az
close
up
RU
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?!

Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?!

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Avropa İttifaqının Rusiya əleyhinə tətbiq etdiyi yeni sanksiyalar paketi "kölgə donanması"nın daha 105 gəmisinə də təsir edir. Onlar Avropa İttifaqı ölkələrinin limanlarına buraxılmayacaq, onlara müvafiq texniki xidmətlər göstərilməyəcək. Bundan məqsəd sanksiya altında olan Rusiyanın neftinin daşınmasını və satılmasını əngəlləməkdir.

Məlum olub ki, sanksiya altına düşən həmin tankerlər arasında "Şuşa", "Qarabağ", "Nizami Gəncəvi" tankerləri də var. Daha əvvəl isə "Zəngəzur" gəmisi Böyük Britaniyanın Rusiya əleyhinə sanksiyalarının təsiri altına düşüb.

Azərbaycan hakimiyyətinə qarşı tənqidçi mövqedən çıxış edən blogerlər öz paylaşımlarında bu mövzuya geniş yer ayırır, rəsmi Bakının guya Rusiyanı sanksiyalardan yayındırması barədə iddialar irəli sürürlər. Hətta buna görə beynəlxalq təşkilatlardan Azərbaycanı cəzalandırmağı istəyənlər də var.

Araşdırmalar isə göstərir ki, adları çəkilən gəmilər müxtəlif özəl şirkətlərə məxsusdur, onlar Azərbaycan dövlətinin mülkiyyətində deyillər. Müxtəlif ölkələrin bayraqları altında üzən bu tankerlər, əsasən, Rusiya ilə Türkiyə arasında hərəkət ediblər. Adlarının "Şuşa", "Qarabağ", "Zəngəzur", "Nizami Gəncəvi" olması hələ o demək deyil ki, bu gəmilər tam və ya qismən Azərbaycana məxsusdur.

Məsələn, ixtisaslaşmış mötəbər Balticshipping resursunun məlumatına görə, "Nizami Gəncəvi" gəmisi "Palmali Shipping Service"şirkətinə mənsub olub. "Palmali Holding" də bildirib ki, bu gəmi əvvəl "Lənkəran" adlanıb, Holdinq onu başqa şirkətə satıb, həmin şirkət isə adını dəyişib, "Nizami Gəncəvi" qoyub.

Hansısa Azərbaycanlı iş adamları gəmilər Yaponiyada, Cənubi Koreyada, başqa ölkələrdə müxtəlif təyinatlı gəmilər inşa etdiriblər, onlara Azərbaycanın tarixi-coğrafi ərazilərinin, yaxud böyük şəxsiyyətlərinin adlarını veriblər. Həmin gəmilərlə Rusiya neftini də daşıya bilərlər, başqa ölkənin neftini də. Həmin "Palmali Holding"ə məxsus gəmilər arasında Məhəmməd Əmin Rəsulzadənin, Polad Həşimovun adlarını daşıyanlar da var. Bu şirkət isə Azərbaycana məxsus deyil, sadəcə, onun sahibi olan iş adamı - Mübariz Mənsimov Azərbaycan əsillidir. Bu qədər.

Bütün bunlara görə Azərbaycan dövlətini məsul tutmaq nə dərəcədə doğrudur, bunu artıq həmin ittihamları irəli sürənlər əsaslandırmalıdır.

Ümumiyyətlə, "kölgə donanması" adlandırılan həmin şəbəkəyə 444 gəmi daxildir. Onların arasında Avropa İttifaqına üzv ölkələrindən olan iş adamlarının təsis etdikləri şirkətlərin gəmiləri də var. Həmin şəxslərə və şirkətlərə görə Avropa İttifaqı da məsuliyyət daşımalıdırsa, deməli, özü özünə sanksiya qoyub?! Bəzi Azərbaycanlı siyasi blogerlərin "məntiq"indən belə çıxır. Bu isə, əlbəttə ki, absurddur. Dövlətlə özəl şirkətin fərqini öyrənmək bu qədər çətin olmamalıdır axı.

Yeri gəlmişkən, Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmayıb. Bundan əvvəl İrana qarşı da beynəlxalq sanksiyalar olub, Gürcüstana, Türkiyəyə qarşı da sanksiyalar olub. ABŞ, yaxud Avropa İttifaqı sanksiya tətbiq edir deyə Azərbaycan bütün qonşuları ilə bütün iqtisadi-ticarət əlaqələrini dayandırmalıdır?! Yaxud Çinə də qarşı belə sanksiyalar olur, başqalarına da qarşı olur. Azərbaycan onda heç kiminlə əlaqə saxlamasın?! Heç kimə salam verməyək?!

Araşdırmadan-soruşdurmadan Azərbaycan dövlətini guya Rusiyanı sanksiyalardan yayındırmaqda ittiham edən siyasi tənqidçilərə belə bir sualımız var: Ermənistanla Rusiya arasında həndəsi silsilə ilə artan ticarət dövriyyəsinə niyə diqqət etmirlər?! Həmin blogerlər, yaxud siyasətçilər Avropa İttifaqının özünə sual versinlər: Avropa Komissiyası niyə Ermənistana 2,5 milyard avro yardım ayırmaq qərarı verib?! Axı Ermənistan açlq-aşkar Rusiyanı həmin Avropa İttifaqının sanksiyalarından yayındırır. Buna göz yumulur, hələ üstəlik Ermənistana dəstək göstərilir. Niyə?!

Ermənistanı da qoyuram bir kənara. Avropa İttifaqının öz rəsmi statistika xidmətinin məlumatlarına görə, İttifaq, onun üzv ölkələri hələ də Rusiyanın ticarət tərəfdaşları olaraq qalırlar. Məsələn, 2024-cü ildə Fransa ilə Rusiya arasında mal dövriyyəsi 9,4 faiz, Sloveniya ilə Rusiya arasında qarşılıqlı ticarət isə iki dəfə artıb.

Sloveniya deyək ki, kiçik ölkədir. Bəs Avropada birinci iqtisadiyyat olan Almaniyaya nə söz?! Almaniya Federativ Respublikası hələ də Avropada Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Doğrudur, bu iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 13 faiz azalıb, ancaq hələ də 684,5 milyon avro dəyərində alış-veriş var. İkinci yerdə Macarıstandır; Rusiya ilə ticarət 16 faiz artıb (qarşılıqlı mal dövriyyəsinin həcmi 551,5 milyon avro). İtaliya isə 436,9 milyon avroluq göstərici ilə Rusiyanın Avropada üçüncü ən böyük ticari tərəfdaşıdır.

Bu, 2025-ci ilin aprel ayına olan məlumatlardır və Avropa İttifaqının özünün açıqladığı rəsmi statistikadır.

Macarıstanı anladıq; Avropa İttifaqının antiRusiya siyasətinə qoşulmur. Bəs Fransa, Almaniya?! Bunlar da Avropa İttifaqının üzvləridir. Həm də İttifaqda həlledici söz sahibi olan lokomotiv dövlətlərdir.

Bir yandan, Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən bu dövlətlər o biri yandan, Rusiya ilə hələ də alış-veriş edirlər. Rusiyanı Avropa İttifaqının sanksiyalarından yayındırmaqda, Ukraynaya qarşı müharibə üçün Moskvaya pul qazandırmaqda ittiham edərək, həmin İttifaqdan Azərbaycana qarşı sanksiya istəyənlər buna nə deyir?! Elədirsə, Brüsseldəki məmurlar əvvəlcə Almaniyaya, Fransaya sanksiya qoysunlar. Çünki belə çıxır ki, özləri Rusiyanı öz qoyduqları sanksiyalardan yayındırmaqla məşğuldurlar.

Çox qəribədir: Avropa İttifaqının İtaliya kimi böyük bir üzvü Rusiyaya münasibətdə mümkün olduğu qədər Brüsseldən müstəqil siyasət yürüdür, amma Azərbaycanda bəzi siyasi şəxslər, blogerlər deyir ki, Azərbaycan mütləq Rusiya ilə bütün münasibətləri kəsməlidir. Bu cür maksimalist yanaşmaların, U dönüşlərinin Azərbaycana hansı zərəri vuracağı belə həmin tənqidçiləri, deyəsən, heç maraqlandırmır da. Əsas odur, iqtidar çətinə düşsün.

Başa düşürəm, müxalifətin işi hakimiyyətə gəlmək üçün çalışmaqdır. Buna görə də iqtidarı tənqid edəcək, onun qərarlarını sorğulayacaq və sair. Bunlar normaldır, hətta lazımdır da. Ancaq, məsələn, Ukraynaya görə Azərbaycanın Rusiya ilə bütün əlaqələrini kəsməsini tələb etmək absurddur. Ermənistan Azərbaycanın ərazisini zəbt və talan edəndə, 30 il işğal altında saxlayanda, Ukrayna Ermənistanla bütün əlaqələri kəsmişdi?! Yox! Bəs onda niyə Azərbaycan müxalifəti tələb edir ki, Rusiya ilə müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamə denonsasiya edilməlidir?!

Rusiyanın antiAzərbaycan siyasəti, son dövrlərdəki davranışları fonunda, bəli, Azərbaycan təbii olaraq bəlli siyasi məsafəyə çəkilib. Ancaq bu, hələ bütün siyasi münasibətləri dayandırmaq zərurəti demək deyil. Siyasət rasional yanaşmaıar tələb edir, emosionallığı, impulsivliyi sevmir. Siyasi cığallıq, cırtqozluq siyasətdə keçmir. Siyasət artıq çoxdan dəqiq elmdir. Bunu çoxdan yazmışam, demişəm.

Bəli, Rusiyanın xüsusilə son dövrlərdəki davranışlarından Azərbaycan hakimiyyəti də, cəmiyyəti də haqlı olaraq narazıdır. Ancaq bunlara görə hər şeyə bir gündə nöqtə qoymağı tələb etmək (həm də Ukraynaya görə!) siyasi kompetensiyadan uzaq bir yanaşmadır.

Yeri gəlib, onu da deyək: Azərbaycan artıq Ukraynaya qaz ixrac etməyə başlayıb. Bu, bir ilkdir. Siyasətdə real addımlar belə atılır, söz oyununa qalsa, onu hamı bacarar...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri